Ləğv olunan marşrut xətləri ilə bağlı rəsmi açıqlama

18:46 | 05.05.2015
Ləğv olunan marşrut xətləri ilə bağlı rəsmi açıqlama

Ləğv olunan marşrut xətləri ilə bağlı rəsmi açıqlama

Bakıda sərnişindaşıma sahəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində bir neçə marşrut avtobuslarının xəttində dəyişikliklər olub.

Bu barədə "APA-Economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

N. Həsənovun sözlərinə görə, 20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv olunub: "Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24, 90 saylı marşrut xətti 83, 86 nömrəli marşrutu xətti isə 29 saylı marşrut xətti ilə əvəz olunub”.

Bundan başqa, N. Həsənovun sözlərinə görə, 124 saylı marşrutun hərəkət sxemi isə "20-ci sahə” adlanan əraziyə qədər uzadılıb.

"2 və 193 və saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti "Xətai” metro stansiyasına qədər qısaldılıb”, - deyə N. Həsənov bildirib.

O, əlavə edib ki, 120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb.

Qurum rəsmisi əlavə edib ki, bu cür təkmilləşdirmə işləri yaxın günlərdə də davam etdiriləcək.

"Ola bilsin Bakı avtovağzalı, Ziya Bünyadov prospekti istiqamətində də müəyyən dəyişikliklər olsun. Biz bu barədə növbəti günlərdə ictimaiyyətə əlavə məlumat verəcəyik”, - deyə N. Həsənov bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb