Levandovski: "Bavariya" haqda düşünmürəm"

20:36 | 15.05.2014
Levandovski: "Bavariya" haqda düşünmürəm"

Levandovski: "Bavariya" haqda düşünmürəm"

"Borussiya" (Dortmund) klubunun hücumçusu Robert Levandovski Almaniya kubokunun finalında qarşılaşacaqları "Bavariya" ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan polşalı futbolçu finalda yeni mövsümdən formasını geyinəcək komandanı məğlub etmək istədiklərini bildirib:

"Yeni komandam olacaq "Bavariya" haqda düşünmürəm. Bunun üçün kifayət qədər peşəkaram. "Borussiya" azarkeşlərinin son oyunda mənim üçün etdikləri ağlımdan çıxmır. Ona görə də buradan kubokla ayrılmaq istəyirəm. Almaniya kubokunu qazanmaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, "Borussiya" - "Bavariya" oyunu mayın 17-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM