Lirik və romantik Ramiz Mirişli - MÜSAHİBƏ

14:56 | 20.07.2016
Lirik və romantik Ramiz Mirişli - MÜSAHİBƏ

Lirik və romantik Ramiz Mirişli - MÜSAHİBƏ

Valideynlərə sevgi görünməz tellərlə bağlıdır, onu qırmaq asan məsələ deyil, axı onlar dünyada yeganə insanlardır ki, bizi necə varıq elə, qarşılıqsız sevirlər. Çətin anlarda biz bu əlaqəni fiziki də görürük və bu hiss demək olar hər zaman bizi ağlasığmaz addımlardan, pis situasiyalardan qoruyur. 

Görkəmli Azərbaycan bəstəkarı Ramiz Mirişlinin oğlu Nazim Mirişli müsahibəsində belə dedi: "Atama qarşı obyektiv olmaq mənimçün çətindir, mən onun bioqrafiyasını əzbər bilirəm. Bu sətirlər onun nəhəng irsinin sadəcə bir qismini əhatə edir”

- Səsli-sədalı soyad – bu yaxşıdır, ya pis? 

- Soyad mən həm kömək edib, həm də mane olub, çünki həmişə elə insanlar tapılıb ki, mənim həyatımın asan və qayğısız olduğunu güman ediblər. Mən heç vədə atamın tanınmış bəstəkar olmasından sui-istifadə etməmişəm. Elə tanışlarım olub, ümumiyyətlə bundan şübhələnməyiblər, biləndə isə təəccüb ediblər, bərəlmiş gözlərlə soruşublar: niyə görə demədin? Səbəb nədir? 

- Öz üzərinizdə atanızın təsirini hiss etmisinizmi?
 
- Əlbəttə, yanında belə nəhənglikdə yaradıcı insanın olanda necə təsirlənməmək olar? Belə insandan nəsə öyrənməmək mümkünsüzdür. 
Bizim qarşılıqlı münasibətimiz səmimiyyətə və etibara söykənib. Bu mənada mən ondan çox ey əxz etmişəm. 

- Siz də, qardaşınız da atanızın yoluyla getmisiniz? Bu necə baş verdi? 

- Atam mənim musiqi peşəsini seçməyimə böyük ehtyatla yanaşdı, axı bu sahə çox tərəddüdlüdü, bir mənada uşağı uşaqlığından da edir. Əlbəttə, musiqiçilər uşaqlarına musiqini öyrədirlər, ancaq mütləq peşəkar olsunlar deyə deyil. Məncə, atamda belə bir təşəbbüs yox idi. 

Mənim musiqi qabiliyyətim erkən yaşlarımda özünü biruzə verdi, bəstəkar bacarıqlarım isə nisbətən gec. Əvvəlcə mənim işlərim təqlidçilikdən ibarət idi, orijinallıq yox idi. Maraqlı bəstəkar duyumum məktəbin son illərində özünü göstərdi. Adətən uşaqlar musiqiyə hansısa alətdə ifa etməyə başlamaqla girişirlər, məni royal arxasına keçirdilər. Mənim iki əkiz qardaşım Aqil və Yusif də musiqi təhsillidirlər. Ancaq Yusif musiqi işiniz davam etdirsə də, Aqil musiqi məktəbinə qeyri-stabil getdi, 2-ci sinifdən isə ümumiyətlə, yaxın durmaq istəmədi, ona görə də atam həvəssizliyini görüb, onu musiqi  məktəbindən çıxardı. 

Zənnimcə, uşaqları musiqiylə məşğul olan valideynlər səbatlı təmkin yiyəsi olmalıdırlar. Onlar 1-3-cü sinifləri davam etdirsələr, qalanları sonradan özləri gələcək, bir çoxları məhz 1-3-cü siniflərdə həvəssiz olurlar. Qardaşımdan fərqli olaraq, mənim musiqiylə belə bir problemim olmadı... 

Bizim uşaqlıqda musiqiyə görə daha bir dəhşətli qovğamız düşərdi – piano uğrunda. Gündüzlər qardaşımla mənim vaxtım idi, gecələr sakitlikdə isə atam gəlib çıxırdı. 

11-ci sinifdə mən artıq bilirdim ki, bəstəkarlıq fakültetinə daxil olacam, atamsa bu sahədə böyük ötkəmlik göstərdi. Görünür, o, mənə münasibətdə obyektivlik göstərəcəyinə əmin deyildi, ona görə də məni dostları Arif Məlikovun, Leonid Vaynşteynin, Azər Dadaşovun yanına dinəmələrə göndərdi. 

- Bəs onlar sizin işlərinizə necə münasibət göstərdilər? 

- Normal, baxmayaraq ki, onlar məni uşaqlıqdan tanıyırdılar! Onlar bir ağızdan dedilər ki, mən bəstə işinə girişə bilərəm. Belə güclü münasibətdən sonra, atam artıq mənim seçimimə qarışmadı. 
Ancaq mənim konservatoriyaya daxil olmağımla, maraqlı bir şey ba verdi... Biləndə ki, məni Qara Qarayevin sinfindən çıxarmaq istəyirlər, onda məndə gənclik maksimalizmi baş qaldırdı, dedim ki, mən atamın pedaqoqu Cövdət Hacıyevin sinfində oxumaq istəyirəm. Atam biraz təəccübləndi, ancaq mənim fikrimdən daşındırmağa çalışmadı... 

- Görkəmli bəstəkarla birlikdə yaşamaq necə hissdir? 

- Atam kimi daha yaxşı xarakterli başqa birisini təsəvvür etmək çətindir. O nə kaprizli idi, nə də yüksəkliklər xəyalında idi... Məişətdə atam çox sadə, qeyri-tələbkar idi, o heç vaxt pafosu, göstərişi sevməzdi, hansısa əşyalara malik olmaq kimi sevinclər ona ümumiyyətlə yad idi!  O, bizim həyat-büsat barədə şikayətlərimizi eşidəndə, buna ironiya ilə reaksiya verərdi: "Uşaqlar, siz nəyə dodaq büzürsünüz? Bizim ümumiyyətlə, heç nəyimiz yox idi, hamısını özüm həll etməli oldum...”

Və bu həqiqət idi! Atam olduqca məhsuldar bəstəkar idi, çox güclü melodizm vergisi vardı onda. O, simfoniyalar və simfonik poemalar və kvartetlər və fortepiano üçün çoxsaylı əsərlər, romanslar, mahnılar, operettalar, musiqili tamaşalar, filmlər və multfilmlər üçün mahnılar yazmışdı. Yaxşı yadımdadır, onun bir ifadənin yerinə oturması üçün onlarla dəfə bunu ifa etməsi. Ona görə də, onun yaratdığı əsərlər təkcə o vaxtlar deyil, indi də dillər əzbəridir. 

Bu çox ciddi məktəb və böyük məsuliyyət idi, şəxsi məsuliyyətdən başqa, ən güclü mütəxəssislərdən ibarət bədii şura vardı, Bəstəkarlar İttifaqında sənin müəllimlərin orada otururdu! Həmin dövrdə, "xaltura” yoxdu, iş 100%-lik görülürdü. İşə belə münasibəti atam uşaqlıqdan öyrənmişdi. 

Fikrimcə, o xoşbəxt həyat yaşayıb, çünki yaradıcı miqyasda atam ağlasığmaz dərəcədə çox iş görüb. Ümumiyyətlə, istedadın təbiəti daimi tapmacadır. Nəyə görə bir insana çox şey verilir? İstedadın təşəkkülü necə baş verir? Şübhəsiz, Tanrının qığılcımı gərəkdir, ancaq zənnimcə, həlledici rolu insan özü oynayır. Atam çox əməksevər və məqsədyönlü insan idi, inanırdı ki, hər yaşanılan gün onu məqsədinə doğru aparır, məhz onda həyat mənalı olur və dolu-dolu yaşanılır. 

- Atanızla yaradıcı mübahisələriniz olurdumu? Sizin nəslinizdən olan bəstəkarlar daha avanqard və cəsarətli musiqi yazırdılar axı. 

- Konservatoriyayadək mənim bəstələrim sırf klassik formadaydılar, ancaq pianoçu olduğum üçün Şostakoviçin, Prokofyevin və Hindemitin əsərlərini çox ifa edirdim. Sonralar musiqi çevrəsindən olan dostlarım – ki Sovet İttifaqı boyu belə dostlarım çox idi – sovetlərə künc-də-bucaqdan sızan yenilikləri mənimlə bölüşürdülər.

Qara Qarayev ABŞ-da məzuniyyətdə olarkən, oradan tamamilə başqa bir insan kimi qayıtdı, öz üslubunu dəyişdi, nəticədə skripka konserti və 3 nömrəli simfoniya ortaya çıxdı. Belə dəyişikliklər digər bəstəkarlarmızda  Cövdət Hacıyevdə, Arif Məlikova, Fərəc Qarayevdə, İsmayıl Hacıbəyovda və başqalarında da özünü göstərdi. 

Atam, əlbəttə, musiqidəki yeni cərəyanlardan, yeni texnologiyalardan xəbərdar idi. Ancaq o, öz yolunu seçdi, öz idealına, üslubuna sadiq qaldı. Mənim eksperimentlərimə isə çox sakit yanaşdı. Mənə daim, ta uşaqlıqdan dediyi yeganə şey isə o idi ki, heç vaxt milli musiqidən qopmayım. 

- 80-cı illər nəslinin "centlmen” obrazına mütləq olaraq, disklər, rok, cinslər və "Marlboro” daxil idi. Valideynlər bir qayda olaraq, övladlarının dəbə olan marağını yaxşı qarşılamırdılar, ona görə yox ki, bunlar baha başa gəlirdi, yox, sadəcə tərbiyə məsələlərinə görə. Sizin ailənizdə bu problemlər necə həll olunurdu? 

- Mən hələ də "Marlboro” çəkirəm və gəncliyimdən xatirə kimi cins geyinməyi sevirəm. Gəncliyimdə bütün həmyaşıdlarım bu möcüzəvi amerikan şalvarlarını geyinirdi, mən də daim atamdan xahiş edirdim ki, mənə cins alsın. "Mənim bu qədər pulum yoxdur” – qısaca və zəhmlə deyirdi atam, görünür əbəs yerə mənim nazımla oynamaq istəmirdi. Həmin dövrdə cinslər 200-250 rubl idi, bir aylıq maaş həcmində. 

Hər yayı biz hansısa bəstəkarların yaradıcılıq evində keçirərdik, sonrakı ayı isə Abşeronda istirahət edərdik. Növbəti məzuniyyətlərin birində bizi Kiyevdəki Yaradıcılıq evlərindən birinə aparmaq qərarına gəldi. Mən sakitcə deyinməyə başladım: "Onların hamısının cinsləri var, mənimsə yox”, ancaq atam yenə mənə yox dedi...  

Təlaş içində mən Naxçıvandakı nənəmə zəng elədim. O əfsanəvi qadın idi – riyaziyyatçı, tanınmış pedaqoq, məktəb direktoru, Lenin ordeni laureatı idi. Onun pensiyası xüsusi idi, yığdığı da olurdu, sevimli nəvə olmaqdan yararlanmaq qərarına gəldim. 

Dedim: Nənə biz Kiyevə gedirik və mən təzə şalvar almaq istəyirəm. Mənə 200 rubl göndər (Cins sözünü mən ümumiyyətlə demədim, çünki o, bunun nə demək olduğunu bilmirdi). 
Telefonda uzun bir an səssizlik oldu, sonra nənəm heyrətlə soruşdu: "Oğlum iki yüz manata şalvar olar?..”

Ancaq o, pulu hər halda göndərdi, beləliklə, mənə ilk cinsi nənəm aldı. İkincisini atam Yuqoslaviyadan, üçüncüsünü isə bizə Londondan gətirdi. 

Roka gəldikdə isə... Mən bu janrı çox sevirəm, ola bilsin, caz musiqisi fonunda böyümüşəm ona görə, atamla Vaqif Mustafazadə yaxın dost idilər. O, bizim evimizdə daimi qonaq idi. Həm də, o atamın əsərlərini tez-tez ifa edərdi. Mən Vaqifə heyran idim, o mənim kumirim idi! O çox möhtəşəm geyinirdi, bəlkə də SSRİ-də hamıdan daha yaxşı! Ancaq bu əşyalara, şeylərə bayağı bağlılıq deyildi, nəfis zövq göstəricisi idi. O dəbli bir şey almaq üçün son pulunu da xərcləyə bilərdi. Böyük Vaqif... İnanılmaz nəhəng istedad yiyəsi idi o... 

- Sizin atanız qorxunc illərdən – Stalin repressiyalarından, müharibədən, yoxsulluqdan, aclıqdan keçib. Sovet dövlətinə münasibəti necəydi onun? Getmək istəyi vardımı? 

- Heç vaxt! Atamgilin nəslində demək olar hamı müəllim idi, dayım xaric, o yerli dram teatrında artist idi. Atamın uşaqlığı müharibədən sonrakı ağır dövrə təsadüf edib. Onun atası, mənim babam bütün müharibəni keçib, müharibədən qayıtdıqdan sonra o, müəllim çatışmazlığından dolayı rayonlara və Naxçıvan kəndlərinə tez-tez getməli olurdu. Tezliklə onun müharibədə zəifləyən vücudu belə təzyiqə dözmədi və o rəhmətə getdi. 

Atam 9 yaşında yetim qaldı və o sərbəstliyi, öz ayaqları üstündə qalmağı öyrənməli oldu. Məktəbdən sonra o, dillər istitutuna daxil oldu, bir neçə ay oxuyandan sonra sənədlərini götürüb, institutdan çıxdı. Və hər zaman qəlbində olan arzusuna yönəldi – musiqiyə. 

50-ci illər o, Asəf Zeynallı adına buraxılışda oxudu. Bu həqiqətən çox çətin illər idi, atam Bakıda yaşamağa yer tapa bilmirdi, ümumi yaşayış yerlərini tez-tez dəyişirdi, sonra ona uzun müddət xalası kömək etdi, baxmayaraq ki, onun da böyük ailəsi vardı. Çətinliklərə baxmayaraq atam həmin dövrü həmişə xoş xatirələrlə anardı. Ümumiyyətlə, həmin dövrdə Azərbaycan musiqisində çoxsaylı istedadlılar vardı, çünki həyatın hər aspektinə nəzarət edən sovet dövləti qeyri-istedadlılara meydan vermirdi. Bəstəkar ittifaqı, radio komiteti və televiziya rəhbərliyi bir işi bəyənmirdisə heç bir tərəddüdsüz onu təzədən işlənilməyə göndərirdi. 

Miqrasiya fikrinə gəldikdə isə, o, bu barədə ümumiyyətlə düşünmürdü, baxmayaraq ki, onun yaradıcı bioqrafiyasında intriqalar, paxıllıq və başqa xoş olmayan anlar da vardı, bu normal haldır, hər bir yaradıcı insanın həyatında başına gəlir. 

80-cı illərin əvvəlində atam hansısa nümayədə heyətiylə Türkiyəyə səfərə getmişdi, elə bir ölkəyə ki, həmin dövrdə sovet vətəndaşlarına getmək qadağan idi. Türklər tanınmış azərbaycanlı bəstəkarın Ramiz Mirişlinin onlaraq qonaq gəldiyini biləndə çox sevinmişdilər. Məlum oldu ki, onun əsərləi Türkiyədə çox populyardır, hətta tanınmış ifaçılar onun bəstələrini ifa etmişdilər. Biz bunu təsadüfən bir tanıdığımızdan, diplomatik xidmətdə işləyən birisindən öyrəndik.

Atam tez-tez xaricdə səfərlərdə olurdu, ancaq o patriot idi, başqa yerdə birdəfəlik qalmaq təkliflərini rədd edirdi. 

- Sovet İttifaqının dağılmasına atanız necə münasibət göstərdi? 

- Demək çətindir... Xaos başladı, ölkə rəhbərliyi tez-tez dəyişirdi, bütün ölkə SSRİ Ali Sovetinin qurultaylarına canlı yayımda baxır, nə baş verdiyini anlamağa çalışırdılar. Atam hər kəs kimi qəzet oxuyur, televizora baxır, dəyişikləri tutmağa çalışırdı. 

Bəzi şeyləri o birmənalı rədd edir, bəzilərini bütövlükdə sevinclə qəbul edirdi, onun aydın düşüncədən ox çoxlu sualları və şübhələri vardı. Bütün ömrünü bir sistemdə keçirdiyindən, hər şeyi asanlıqla qəbul eləmək mümkün deyil. Zənnimcə, o bu dövrü çətin keçirdi, ancaq emosiyalarını bizə bəlli etmədi. Nə demək olar, köhnə məkəbdir... 

- Necə düşünürsünüz, bizim nəslimiz atalarımızın ümidlərini doğrulda bildimi? Biz valideynlərimizə layiq ola bildikmi? Onlar, ağır, çətin, bəzən qorxunc bir həyat yaşadılar, bizə isə hər şeyi sinidə gətirdilər... 

- Mən bu barədə çox düşünmüşəm, ona görə də bu suala cavab vemək mənə çətin deyil. Biz ən çətin yolu keçmiş nəsilik, 90-cı illərin ağır hadisələrini gördük, böyük saxtakarlıqlar və satqınlıqlar gördük. Bizdən sonra doğulanlar tamamilə başqa insanlardılar, zamanla öz ayaqları üstündə gəzə bildilər, xaricdə təhsil ala bildilər, bizə isə bu qadağan idi. 

Biz nəyisə başa düşməyə başlayırdıq ki, hər şey darmadağın oldu, bu psixologiyamıza da təsir etdi. Bizim bir çox tay-tuşlarımız çətinliklərə dözə bilmədi, miqrasiya elədi. Əlbəttə, miqrasiya insan üçün ən axırıncı, vətəndə normal yaşamayacağına ümidini itirən insanın əndişəli addımdır. 

Zamanla mən bu gün nə baş verdiyini anlamağa başlamışam, ancaq yeni həyata başlamağı mən hələ də öyrənməmişəm. Demək ki, məni belə tərbiyə ediblər. Mən heç bir zaman keçə bilməzdim, bu gün isə ümumiyyətlə öz prinsiplərimdən geri çəkilə bilmərəm, atam da mənim kimi, heç vaxt prinsiplərindən geri çəkilməz. Mənim üçün atam hər zaman təkə musiqidə deyil, həyatda da ən böyük nümunə olaraq qalacaq. 

Materialı Bəhram Bağırzadə təqdim edib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM