“Livan xəfiyyəsinin terror xəbərdarlığı şübhəlidir” - POLİTOLOQ

14:10 | 10.01.2015
“Livan xəfiyyəsinin terror xəbərdarlığı şübhəlidir” - POLİTOLOQ

“Livan xəfiyyəsinin terror xəbərdarlığı şübhəlidir” - POLİTOLOQ

"Fransadakı terror hadisəsi Avropada islamafobiyanı daha da gücləndirəcək”.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Livan kəşfiyyatının növbəti amansız terrorun olacağı ilə bağlı yaydığı məlumatı şərh edərkən deyib.
 
Onun sözlərinə görə, bu bizim xoşumuza gəlməsə də, çox təəssüf ki, terrorçular islamı əllərində bayraq edərək insanları qətlə yetirirlər və bu da Avropada istər-istəməz anti-islam əhval-ruhiyyəsinin yüksəlməsinə xidmət edir:
 
"Avropada terror dalğasının bundan sonra da davam edəcəyini proqnozlaşdırmaq olar. Çünki Avropa ölkələrindən İŞİD sıralarına qoşulanların sayı minlərlədir. Onların hər biri potensial təhlükə mənbəyidir. Fransanda son terror aksiyasını törədənlər də İŞİD sıralarında təlim keçənlərdir. Beləliklə, dünya İŞİD bəlasından qurtulmayana qədər heç kim, o cümlədən, Avropa ölkələri özlərini təhlükəsiz hiss edə bilməzlər. Bunun qurama olması ilə bağlı xəbərlər isə şübhə doğurur.
 
O ki qaldı Livan kəşfiyyatının növbəti və yeni amansız terrorla bağlı verdiyi son açıqlamalara, bu xəbərlər də bir qədər şübhəlidir. Çünki Fransanın kəşfiyyat orqanının özü də baş verə biləcək hadisələr haqqında kifayət qədər məlumatlıdır. Məhz gizli məlumatlar əsasında Fransa polisi onlarla terrorun qarşısını alıb”.
 
Xatırladaq ki, Livan kəşfiyyatı bir sıra islamçı qrupların Fransada terror aktları hazırladığına dair bu ölkə kəşfiyyatını əvvəldən xəbərdar edib. Bu barədə Livanda nəşr olunan "Əs-Səfir” qəzeti məlumat yayıb. Məlumatda Fransanı növbəti amansız terror dalğasının gözlədiyi bildirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb