Ölmüş biznesmenin mülkiyyətinə polis əl qoydu

10:17 | 11.12.2013
Ölmüş biznesmenin mülkiyyətinə polis əl qoydu

Ölmüş biznesmenin mülkiyyətinə polis əl qoydu

Rusiya hüquq-mühafizə orqanları gözdən düşmüş oliqarx Boris Berezovskinin xarici banklarında olan əmlak və bir sıra maliyyə hesablarını ələ keçirib. ANS PRESS-in Rusiya mətbautına istinadən verdiyi məlumata görə, polis məhkəmənin müvafiq qərarına əsasən ölmüş bizneşmeninin xarici banklarda və kredit təşkilatlarında olan maliyyə əmlakına tam nəzarət hüququna malik olub. Verilən məlumatlara görə, Berezovski milyonlarla rubl dəyərində pul mülkiyyətinə sahib olub. Gizli mənbənin dediklərinə görə, oliqarxın mülikyyətinin axtarışı hələ davam etdirilir. Xatırladaq ki, uzun müddətdir Böyük Britaniyanın paytaxtı Londonda yaşayan rus oliqarxı Boris Berezovski 68 yaşında vəfat edib. Onun meyiti London yaxınlığındakı malikanəsində mühafizəçisi tərəfindən tapılıb. Ekspertizanın nəticəsinə görə ölümünün səbəbinin boğulma olduğu deyilir.Bundan əvvəl polis rəsmiləri Boris Berezovskinin ölümündə şübhəli heç nə görmədiklərini bildirirdilər. Amma iş adamının dostlarından biri ehtimal edirdi ki, oliqarxı boğaraq öldürüblər. Onun fikrincə, meyitin yanında tapılan şərf bunu deməyə əsas verir. Ölümündən dərhal sonra mümkün səbəbi kimi intihar və ya infarkt göstərilirdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb