​Londonda silahlı şəxs insanlara hücum edib: 1 ölü, 5 yaralı

09:50 | 04.08.2016
​Londonda silahlı şəxs insanlara hücum edib: 1 ölü, 5 yaralı

​Londonda silahlı şəxs insanlara hücum edib: 1 ölü, 5 yaralı

Londonun Rassel-skver meydanında bıçaqla silahlanmış naməlum şəxsin insanlara hücum etməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə yerinə polis və "təcili yardım" briqadaları cəlb olunub.

Ərazidə ən azı 6 yaralı aşkar olunub. Bir qadın daha sonra xəstəxanada keçinib.

Hücum edən şəxs saxlanılıb. Onun saxlanılması zamanı polis elektroşokdan istifadə edib. Hadisə yeri dövrəyə alınıb. Polis terror aktı versiyasını istisna etmir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM