Londondan Sidneyə birbaşa uçdu – rekord

17:03 | 15.11.2019
Londondan Sidneyə birbaşa uçdu – rekord

Londondan Sidneyə birbaşa uçdu – rekord

Avstraliya aviakompaniyası Qantasa məxsus Boeing 787-9 Dreamliner təyyarəsi Londondan Sidneyə 19 saat 19 dəqiqə ərzində birbaşa uçub.
 
Təyyarədə cəmi 40 nəfər sərnişin olub. Yüklə birlikdə təyyarənin maksimal sərnişin tutumu isə 300 nəfərdir.
 
"Biz günəşin çıxmasını iki dəfə gördük” deyərək aviakompaniyanın nümayəndəsi Alan Coys uçuş təəssüratlarını bölüşüb.
 
Sözü gedən məsafə və uçuş sürəti hər hansı kommersiya-sərnişin təyyarəsi üçün rekord göstərici hesab edilir.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb