“Lotu Quli”nin adamları belə saxlanıldı - VİDEO

11:24 | 19.03.2019
“Lotu Quli”nin adamları belə saxlanıldı - VİDEO

“Lotu Quli”nin adamları belə saxlanıldı - VİDEO

Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.

Anews.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, dəstəyə "Lotu Quli”nin adamlarından biri, Azərbaycandan olan "Kondur” ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub.

Məlumata görə, dəstə üzvləri cari ilin fevralında Odessanın Suvorov rayonunda adı açıqlanmayan kişinin 110 min qrivenini (4 min dollardan çox) və "Nissan” markalı iki avtomobilini əlindən alıblar. Bundan sonra onlar qurbanından yenə pul tələb ediblər. Lakin həmin şəxs polisə müraciət edib. 

Dəstə üzvləri onunla yenidən görüşüb 5 min dolları və "Hyundai” markalı avtomobili almaq istəyəndə polis tərəfindən saxlanılıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb