Lotu Qulinin birgünlük həbsinin təfərrüatları — VİDEO

23:22 | 23.08.2018
Lotu Qulinin birgünlük həbsinin təfərrüatları — VİDEO

Lotu Qulinin birgünlük həbsinin təfərrüatları — VİDEO

Çernoqoriyada həbs olunduğu barədə məlumat yayılan azərbaycanlı kriminal avtoritet, "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yeni görüntüləri ortaya çıxıb.
Anews.az xəbər verir ki, Baku.Tv-nin əldə etdiyi kadrlarda çəkilişi aparan şəxs Lotu Quliyə "bəs deyirdilər tutulub, nə oldu?” sualını verir.
Masa arxasında əyləşən "kriminal avtoritet” isə suala gülüşlə cavab verir.
Qeyd edək ki, azərbaycanlı avtoritet ötən gün Çernoqoriyanın Podqoritsa şəhərinin hava limanında Rusiya Federasiyasının sorğusu əsasında "İnterpol” tərəfindən saxlanılıb.
Lakin Podqoritsa məhkəməsi Rusiyanın irəli sürdüyü ittihamları qəbul etməyərək, həmin ittihamlarda göstərilən cinayətlərin baş verdiyi tarixdə Lotu Qulinin Azərbaycanda həbsdə olduğunu bildirib.
Məhkəmə qərarından sonra bu gün, yerli vaxtla saat 10:30 radələrində Lotu Quli sərbəst buraxılıb.
Bununla yanaşı, Nadir Səlifov Çernoqoriya məhkəməsinin Rusiyanın ittihamlarını əsassız rədd etməsini nəzərə alaraq, yaşayış üçün bu ölkəni seçib və bundan sonra o, Çernoqoriyada yaşayacaq.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb