Luis Suares “Barselona”ya keçdi

16:44 | 30.06.2014
Luis Suares “Barselona”ya keçdi

Luis Suares “Barselona”ya keçdi

Uruqvay millisinin və “Liverpul”un hücumçusu Luis Suares “Barselona”ya keçir. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən xəbərinə görə, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub.

 

Hətta futbolçunun İspaniyada qazanacağı məbləğ də açıqlanıb. Suares katalon klubunda ilinə 8 milyon avro qazanacaq.

 

Ötən mövsümü “Liverpul”la İngiltərə Premyer Liqasında 35 oyunda forma geyən 27 yaşlı futbolçu 33 qol və 12 qol ötürməsi ilə yadda qalmışdı.

 

Qeyd edək ki, Suares Braziliyada hazırda davam edən dünya çempionatında İtaliyaya qarşı qrupun son oyununda Kyellininin çiynindən dişləməklə gündəmə gəlmişdi. Məhz bundan sonra FİFA onu 9 oyunluq cəzalandırılıb. Həmçinin, hücumçunun 4 aylıq futbol fəaliyyətinə qadağa qoyulub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM