Luis Suares mükafatına qovuşdu

09:24 | 16.10.2014
Luis Suares mükafatına qovuşdu

Luis Suares mükafatına qovuşdu

Ötən mövsüm "Liverpul"un heyətində vurduğu 31 qolla "Qızıl ayaqqabı" mükafatına layiq görülən Luis Suares arzusuna çatıb.Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Barselonada Avropa İdman Mediyası tərəfindən təşkil olunan təqdimetmə mərasimində uruqvaylı futbolçu mükafatına qovuşub.Suaresə "Qızıl ayaqqabı" mükafatını "Liverpul"un canlı əfsanəsi Kenni Dalqliş təqdim edib. "Fərdi olaraq hər zaman arzuladığım bir mükafatdır. Lakin komanda yoldaşlarım olmadan bu mükafatı qazana bilməzdim" - deyə Suares bildirib. Cəzasının bitməsinə az qalan təcrübəli futbolçu eyni zamanda "Barselona"nın heyətində meydana çıxacağı günü səbirsizliklə gözlədiyini deyib.  Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Onun oktyabrın 25-də keçiriləcək "Real" (Madrid) - "Barselona" görüşündə meydana çıxacağı gözlənilir.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM