“LUKoyl” İraqda neft hasilatını artıracaq

09:48 | 28.03.2016
“LUKoyl” İraqda neft hasilatını artıracaq

“LUKoyl” İraqda neft hasilatını artıracaq

 Rusiyanın "LUKoyl” şirkəti İraqda neft hasilatını artıracaq.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Heydər əl-Abadinin mətbuat xidməti dövlət rəsmisi ilə Rusiya şirkətinin rəhbəri Vahid Ələkbərov arasında baş tutan görüşdən sonra məlumat yayıb.

"Baş nazir neft hasilatının artırılması və səmt neft qazında investisiya həcminin çoxaldılması məqsədi ilə "LUKoyl" ilə danışıqlara başlamaq barədə Neft Nazirliyinə tapşırıq verib”, — deyə məlumatda bildirilir.

V.Ələkbərov öz növbəsində Qərbi Kurna yatağında işlərin planını təqdim edib və "LUKoyl”un neft hasilatını sutkada 1,2 milyon barelə çatdırmaq niyyətində olması faktını təsdiq edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM