Lüksemburq - Azərbaycan oyununu yeni stadionda keçiriləcək

19:00 | 29.04.2021
Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.

Bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer "Paperjam" nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, məqsədləri Lüksemburq - Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.

"Stade de Luxembourg" arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9385-dir.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM