Luqanskda girov götürülən azərbaycanlılar qaçaraq xilas olublar

17:30 | 05.08.2014
Luqanskda girov götürülən azərbaycanlılar qaçaraq xilas olublar

Luqanskda girov götürülən azərbaycanlılar qaçaraq xilas olublar

Ukraynanın Luqansk vilayətində Azərbaycan diasporunun rəhbərlərindən biri Telman Cəfərov qətlə yetirilən zaman girov götürülən digər 3 azərbaycanlı separatçıların əlindən qaçmağa nail olub.İtkin düşənlərdən biri, Ukrayna vətəndaşı Mahir Qəhrəmanovun qardaşı Əbülfət Qəhrəmanov APA-ya açıqlamasında deyib ki, T. Cəfərov öldürülərkən itkin düşən, daha sonra isə mühasirədə qaldıqları məlum olan Mahir, Nurəddin (Nurlan) və Eldar avqustun 4-də mühasirəyə düşdükləri Kamenko kəndindən qaçaraq xilas ola biliblər: “Onlar hazırda Azərbaycana yola düşüblər və tezliklə vətəndə olacaqlar”. Ə. Qurbanov onu da əlavə edib ki, T. Cəfərovun meyiti hələ də tapılmayıb: “Onun avtomobilinin yandırıldığını qardaşımgil görmüşdülər, amma meyit barədə hələ də bir xəbər yoxdur”. Xatırladaq ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən pulemyotla atəşə tutularaq öldürülüb. Hadisə həmin gün axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib. T. Cəfərovun meyiti separatçıların nəzarəti altında olan ərazidə qalıb. T. Cəfərovla birgə Mahir, Nurəddin və Eldar adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyərkən hücuma məruz qalıblar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb