Maradona Argentina millisini topa tutdu

11:11 | 28.06.2014
Maradona Argentina millisini topa tutdu

Maradona Argentina millisini topa tutdu

Əfsanəvi futbolçu Dieqo Maradona Argentina millisinin oyunçularının DÇ-2014-dəki çıxışını şərh edib.Qol.Az-ın xəbərinə görə, özünün köşə yazısında o, ilk olaraq Lionel Messi haqda fikirlərini bildirib.Qeyd edib ki, “Barselona”nın hücumçusu oyundan-oyuna daha yaxşı təsir bağışlayır: “Bələ təəssürat yaranır ki, o, turnirə özünü sübut etməyə gəlməyib”.Di Mariya haqda isə Maradona bunları yazıb: “O, son iki matçda çox fəal idi. Komandanın hücumlarının qurulmasında əməyi çox oldu”.Maradonanın ümumi komanda və bəzi üzvlərinin çıxışı haqda fikirləri isə tənqidi olub:“Zədə alan Aquero və İquain haqda müsbət sözlər demək olmaz. Bu isə narahatlığa əsas yaradır. Messi onsuz da hər oyunda, istədiyi vəziyyətlərdən qol vurur. Amma onun hücum xəttindəki komanda yoldaşları gözə dəymir. Argentinanın çempionatdakı altı qolundan dördünü Messi vurub. Bir avtoqol olub, bir dəfə isə müdafiəçi Roxo fərqlənib. Dünya çempionatında yüksək yerlərə iddialı olan komandanın uğuru üçün digər oyunçular da çalışmalıdır.Komanda qələbə qazananda qüsurlar gözə dəymir. Hazırda Argentina millisinin meydanın mərkəzində mübarizə aparmağa gücü çatmır. Nigeriya bu zonanı asanlıqla keçib Argentinanın cərimə medançasına daxil olurdu. Maskerano və Qaqonun səyləri isə yetərli deyildi. Komanda bir neçə dəfə müdafiəyə çəkildi, rəqibin pressinqi altına düşdü. Baş məşqçi Sabelya bu haqda düşünməlidir. Messinin elədiklərini komanda yoldaşları tamamlamalıdır. Amma bunun üçün hazırda Argentina millisinin oyununda təşkilatçılıq və mübarizliq yoxdur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM