Maradona: “Artıq "tiki-taka” ömrünü başa vurub”

10:45 | 16.06.2014
Maradona: “Artıq "tiki-taka” ömrünü başa vurub”

Maradona: “Artıq "tiki-taka” ömrünü başa vurub”

Əfsanəvi futbolçu Dieqo Maradona İspaniyanın oynadığı “tiki-taka” sistemini tənqid edib. 

Qol.Az-ın xəbərinə görə, goal.com-a müsahibəsində o deyib ki, bu sistem artıq ömrünü başa vurub. Buna sübut kimi Maradona ispanların DÇ-2014-də Hollandiya 1:5 hesabı ilə uduzduğu oyunu göstərib.

“İspaniya “tiki-taka” sistemi ilə yetərincə çıxış edibb. Bu, əla tərzdir. Azarkeşlər və mütəxəssislər bunu bəyənirdi. Unutmayaq ki, ispanlar məhz bu sistemlə ardıcıl üç dəfə - 2008-2012-ci illərdə böyük turnirləri udub. Amma baş məşqçi del Boske bilməlidir ki, “Barselona”dan götürdüyü bu sistem artıq məğlubedilməz deyil. Klublar buna qarşı tədbirlidirlər, əks-hücumlarla rəqibi cəzalandıra bilirlər. İspaniya isə bu sistemdən əl çəkmir. Halbuki onlar başa düşməlilər ki, “tiki-taka” artıq ömrünü başa vurub” – deyə Maradona bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM