Maradona: "Argentina potensialından aşağı oynayır"

21:18 | 02.07.2014
Maradona: "Argentina potensialından aşağı oynayır"

Maradona: "Argentina potensialından aşağı oynayır"

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yığmasının "DÇ-2014"dəki çıxışını dəyərləndirib.Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan Maradona Argentina millisinin potensialından aşağı oyun nümayiş etdirdiyini bildirib:"Argentinanın tam gücü ilə oynadığını düşünmürəm. Komanda hücumda oyun tempinə nəzarət edə bilmir. Buna görə çox acıqlı və əsəbiyəm. Yığma komanda daha yaxşı oynamalıdır. Lionel Messi tək qalıb. Yarımmüdafiəçilər oyunu üzərilərinə götürməyə cəhd etmirlər. Komanda potensialından aşağı çıxış edir. Əgər komanda Belçika ilə oyuna qədər özünə gəlməsə, yenə narahatçılıq içində olacağıq".Qeyd edək ki, Argentina - Belçika oyunu iyulun 6-da, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb