“Mauqlinin Yeni ili” azyaşlı tamaşaçıları sevindirməkdə davam edir - Fotolar

17:59 | 05.01.2016
“Mauqlinin Yeni ili” azyaşlı tamaşaçıları sevindirməkdə davam edir - Fotolar

“Mauqlinin Yeni ili” azyaşlı tamaşaçıları sevindirməkdə davam edir - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il karnavalı öz axarı ilə davam edir. Məktəblilərin qış tətili günlərində teatr öz azyaşlı dostlarına gənc yazar Pərvin Nurəliyevanın "Mauqli” pyesi əsasında hazırlanmış "Mauqlinin Yeni ili” tamaşasını təqdim edir.
 
Balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.  
 
Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edirlər.
 
Yeni ilin varlığından xəbərsiz olan Mauqli bu bayramın mövcudluğunu dostları sayəsində öyrənir. Lakin bayramın onların yaşadığı cəngəlliklərdə keçirməyin mümkünsüzlüyünü də başa düşür. Ancaq buna baxmayaraq o ümidini itirmir... Bəs Mauqli yeni ili necə qeyd edir? Bunu bilmək istəyirsinizsə gec olmadan Dövlət Gənc Tamaşaçılar Teatrına tələsin.
 
Ötən ilin dekabr ayının 26-dan start götürən karnaval yeni ilin yanvar ayının 4-dək hər gün saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.
 
Yeni tamaşa ilə yanaşı hər  il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edirlər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda "Mauqlinin yeni ili”ni  izləmək imkanı əldə edirlər.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb