Maykl Ouen: Ronaldo “Real”ın tarixində ən yaxşı futbolçudur

15:56 | 03.05.2014
Maykl Ouen: Ronaldo “Real”ın tarixində ən yaxşı futbolçudur

Maykl Ouen: Ronaldo “Real”ın tarixində ən yaxşı futbolçudur

2004-2005-ci illər mövsümündə “Real Madrid” forması geyən və La Liqada keçirdiyi 36 oyunda 14 qol vuran Maykl Ouen Kriştianu Ronaldunu kral klubunun tarixində ən yaxşı futbolçu adlandırıb. Apasport.az saytının məlumatına görə, Ouen ikinci ən yaxşı futbolçu kimi isə 1950-1960-cı illərin əfsanəvi macar futbolçusu Ferens Puşkaşı göstərib. Bu zaman Ouen daha çox futbolçuların vurduğu qolların sayı baxımından çıxış edib: “Düşünürəm ki, “Real”ın tarixində ən böyük oyunçu Ronaldodur. Ondan sonra ikinci yeri Ferens Puşkaş tutur. Kriştianu daha az oyun keçirməsinə baxmayaraq, Puşkaşın 242 qol nəticəsinə çatıb. O, 100 qol həddini də “Real”ın digər oyunçularından tez keçib. Bir mövsümdə vurulan qolların sayına görə rekord da ona məxsusdur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb