Mübariz İbrahimova həsr olunmuş yarış - FOTO

22:24 | 02.05.2014
Mübariz İbrahimova həsr olunmuş yarış - FOTO

Mübariz İbrahimova həsr olunmuş yarış - FOTO

“Cənub” İdman Klubu və Binəqədi rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə yarış keçirilib.
Klubun rəhbəri Samir Həsənovun  ANN.Az-a verdiyi məlumata görə, yeddi komandadan 67 idmançının iştirak etdiyi yarışda Ramil Səfərov adına “Cənub” kikboksinq klubu birinci olub.
S.Həsənov saytımıza açıqlama verərək rəhbərlik etdiyi klubun qələbə çalmasının sevincini bizimlə bölüşüb: “Azərbaycan Kikboksinq Federasiyasının Ramil Səfərov adına "Cənub" Kikboksinq klubu vaxt gələcək dünya arenalarında öz idmançıları ilə tanınacaq və seçiləcək. Klubun baş məşqçisi kimi mən buna çox inanıram və yaxşı idmançılar hazırlayıram. Göydə uca Allaha, yerdə isə idmana yüksək qayğı göstərən Prezidentimiz İlham Əliyev Cənablarına arxalanaraq öz işimi yüksək səviyyədə, öz çərçivəsində davam etdirirəm. Çünki bu klubda həm də vətənimiz üçün Mübariz İbrahimov kimi əsgərlər hazırlayıram. Bizim bütün yarışlarımız vətənpərvərlik üzərində qurulur və milli qəhrəmanlara həsr olunur”.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb