Mədəniyyət nazirliyi: "Ququş Bakıya gələ bilər"

18:17 | 28.08.2017
Mədəniyyət nazirliyi:

Mədəniyyət nazirliyi: "Ququş Bakıya gələ bilər"

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Cənubi Azərbaycandan olan əfsanəvi müğənni Ququşun Bakıda konsertinin qadağası haqqında haqqin.az və virtualaz.org saytlarında dərc olunan silsilə yazılara reaksiya verib. Xatırladaq ki, yaxın günlərdə Təbriz pop-ulduzu Zaqafqaziya turnesinə yollanacaq, Yerevanda və Tbilisidə konsertlərlə çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı rəsmi bəyanatla çıxış edib. Virtualaz.org Nazirliyin saytına istinadən bildirir ki, bəyanatda deyilir: "Müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı Nazirliyə müraciət daxil olmayıb. Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir”.

Nazirlik qeyd edib ki, bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları ölkəmizin müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər. Nazirlik bildirib ki, ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin, o cümlədən Ququşun da konsertinin təşkil olunmasına hörmətlə yanaşır.

Və Ququşun konsert verməsi üçün hər hansı rəsmi icazə alınması tələb olunmur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM