Məhəllə uşaqları - FOTOLAR

11:25 | 27.08.2015
Məhəllə uşaqları - FOTOLAR

Məhəllə uşaqları - FOTOLAR

Bəlkə çox az adam tapılar ki, uşaqlıq illərini xoş xatirələrlə yada salmasın. Uşaqlıq - nə qədər çətin keçirsə keçsin, insan həyatında unudulmaz izlər buraxan illərdir. O illərdə insan dostluğun, sədaqətin, yıxılarkən necə durmağın, yorularkən necə dincəlməyin, bəlkə də böyüyəndə etməyəcəyi ən böyük risklərin, ürəkdən ağlamağın, səmimi-qəlbdən gülməyin ilkini dadır. Bəlkə də elə hər şeyin ilki uşaqlıq illərimizdə yaşandığına görə o vaxtlarımızı unuda bilmirik. 

İllər keçsə də, zəmanə dəyişsə də, komputer, internet oyunları nə qədər çox uşağı evə bağlasa da, hələ də küçələrdə "Top-stop", "Qaçdı-tutdu", "7 şüşə", "Rezinka", "Gizlən-qaç" oyunları oynayan uşaqlar var. Onlar da böyüyəndə günlərini şərikli böldükləri yaşıdlarına belə deyəcəklər - məhəllə uşaqları

Fərqanə Novruzova
Fotolar müəllifindir

 
 

















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM