Məhkəmə Messidən əl çəkmir

14:00 | 29.07.2014
Məhkəmə Messidən əl çəkmir

Məhkəmə Messidən əl çəkmir

İspaniya məhkəməsi “Barselona”nın futbolçusu Lionel Messinin üzərindən şübhəli şəxs ittihamını götürməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, dünyanın ən yaxşı futbolçusu vergilərdən yayınmaqda ittiham olunur. Onu vergilərdən yayınmaq üçün saxta kompaniya yaratmaqda şübhəli bilirlər. Dövlət ittihamçısı iyunun 17-də məhkəmədən Messinin adının şübhəli şəxslər siyahısından çıxarılması və ancaq onun atası Xoxe Messi ilə bağlı işə baxılması üçün xahiş edib. Amma hakim bu xahişi rədd edərək, futbolçunun saxta kompaniyanın yaradılması və dəstəklənməsinə razılıq verə biləcəyi ilə bağlı xeyli əsas olduğunu vurğulayıb. Prokurorluq Messi barəsində 2013-cü ildə iş qaldırıb. 26 yaşlı futbolçu və onun atası vergidən 4,2 milyon avronu gizlətməkdə ittiham edilirlər. Futbolçu özü maliyyə məsələlərindən başı çıxmadığını və vergilərdən yayınma barəsində heç bir məlumatı olmadığını bildirsə də, məhkəmə başqa qərar çıxarıb. Messinin qərardan şikayət verməsi üçün 10 gün vaxtı var. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb