“Pokrov Məhərrəm” azadlığa çıxdı

11:00 | 08.06.2018
“Pokrov Məhərrəm” azadlığa çıxdı

“Pokrov Məhərrəm” azadlığa çıxdı

Moskva məhkəməsi şəhərin mərkəzindəki "Food City” ticarət mərkəzində iri tərəvəz bazasının sahibi Azərbaycanın Şəmkir rayonunun Çinarlı kənd sakini Quliyev Məhərrəm Novruz oğlunu (Pokrov Məhərrəm) azadlığa buraxıb. 

Anews.az "Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, bununla bağlı Quliyevin Rusiyada yaşayan qohumları məlumat verib. 

Xatırladaq ki, "Pokrov Məhərrəm” ləqəbi ilə tanınan biznesmen martın 30-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. 

Bundan əvvəl Quliyev Qərbi Buryulevoda Pakrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib idi. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb. Quliyevi "qanuni oğru” Mirseymur Abdullayev himayə edirdi. 2003-cü ildə onun qətlindən sonra bütün səlahiyyətlər Rövşən Lənkəranskiyə keçib. Lənkəranski 2016-cı ilin avqustundan İstanbulda güllələnib. 

Pokrovka bazası bağlandıqdan sonra azərbaycanlı "Food City” ticarət mərkəzinə köçüb. 

Quliyevin müxtəlif şəxslərə 13 milyon dollardan çox borcu olub. Bu pullar onun hələ Pokrovka bazasında işlədiyi zamandan yığılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb