Meksikada avtobus dərəyə aşıb: Ölənlər var

21:20 | 22.05.2017
Meksikada avtobus dərəyə aşıb: Ölənlər var

Meksikada avtobus dərəyə aşıb: Ölənlər var

Meksikanın cənubunda Çyapas ştatında avtobusun təxminən 100 metr dərinliyi olan dərəyə aşması nəticəsində ən azı 16 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Anews.az bu barədə TASS-a istinadən xəbər verir. 

Hadisə Motosintl və Uistl bələdiyyələri arasında baş verib. Polisin məlumatına görə, avtobusda dini sektanın üzvləri olublar.  

İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib. 

Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları cəlb edilib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM