Mərkəzi Bank devalvasiyadan 3 milyard qazandı

11:39 | 21.12.2015
Mərkəzi Bank devalvasiyadan 3 milyard qazandı

Mərkəzi Bank devalvasiyadan 3 milyard qazandı

Manatın ABŞ dollarına qarşı 48%-lik devalvasiyası Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin kəskin artmasına səbəb olub.

ANN.Az "APA”-ya istinadən xəbər verir ki, ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi AMB-nin sərəncamında olan ehtiyatların manat ekvivalentində 48% və ya 3 mlrd. 145 mln. 272,160 min manat artmasına gətirib.

Xatırladaq ki, AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il dekabr ayının 1-ə 6 mlrd. 245,6 mln. dollar olub. Başqa sözlə, əgər 6 mlrd. 245,6 mln. dollarlıq ehtiyatı bu günə qədər olan məzənnə ilə manata konvertasiya olunsa idi, bu rəqəm 6 mlrd. 535,396 mln. manat edəcəkdi. Bugünkü məzənnə ilə konvertasiya edəndə isə Mərkəzi Bankın valyuta ehtiyatları manat ekvivalentində 9 mlrd. 680,668 mln. manata bərabərdir.

Qeyd edək ki, bu gündən etibarən AMB üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib.

Bu qərardan sonra dolların manata qarşı rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb