Məşhur aktyor "Twitter” istifadəçilərini təhqir etdi

20:57 | 05.12.2013
Məşhur aktyor "Twitter” istifadəçilərini təhqir etdi

Məşhur aktyor "Twitter” istifadəçilərini təhqir etdi

Məşhur amerikalı aktyor Corc Klunu “twitter” istifadəçilərini təhqir edib.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Esquire” jurnalına müsahibə verən aktyor bu sosial şəbəkədə hesab açan şəxsləri ağıldan kəm və səfeh adlandırıb. Hətta ABŞ prezidenti Barak Obama, Roma papası I Fransisk və digər yüksək çinli dövlət məmurlarının bu şəbəkədən istifadə etməsi də Klunini bu fikri səsləndirməkdən çəkindirməyib.Xatırladaq ki, 2009-cu ildə Britaniya baş naziri Devid Kemeron da bu sosial şəbəkə istifadəçilərini tənqid etmişdi. Lakin üç ildən sonra o, bununla bağlı öz fikrini dəyişib və hətta çin “twitter”inin də istifadəçisi olub.“Times”ın yazdığına görə, Corc Kluni də bir müddətdən sonra səhv etdiyini anlayacaq. Onun həmkarı Xyu Lari də əvvəl bu şəbəkəni tənqid etsə də, noyabr ayında “twitter”də qeydiyyatdan keçib və bir ay keçməsinə baxmayaraq 230 mindən çox izləyicisi var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb