Məşhur gülüş ustasının 100 illiyi rəsmi səviyyədə keçiriləcək

23:06 | 13.02.2014
Məşhur gülüş ustasının 100 illiyi rəsmi səviyyədə keçiriləcək

Məşhur gülüş ustasının 100 illiyi rəsmi səviyyədə keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermiş xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Lütfəli Əmir oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur. Fitri istedada, yüksək səhnə mədəniyyətinə malik sənətkar kimi Lütfəli Abdullayev özünəməxsus təkrarolunmaz üslubda canlandırdığı son dərəcə koloritli, rəngarəng obrazlarla Azərbaycan teatr tarixinə və kino salnaməsinə yeni parlaq səhifələr yazıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM