Məşhur repçi kürdlərə belə dəstək verəcək - VİDEO

21:30 | 06.02.2015
Məşhur repçi kürdlərə belə dəstək verəcək - VİDEO

Məşhur repçi kürdlərə belə dəstək verəcək - VİDEO

Seneqal əsilli amerikalı repçi Akon konsert vermək üçün Ərbilə gəlir. Bu barədə kürddilli "Rudaw" qəzeti xəbər yazıb. Xəbərdə deyilir ki, repçi Ərbildəki "Fransuwa Hariri" stadionunda konsert verəcək və əldə olunan gəliri peşmərgə ailələrinə bağışlayacaq. Akon konsertlə bağlı hazırladığı video-şarxda bunları deyir: "Salam Kürdüstan. Konsert üçün çox həyəcanlıyam".

Əsl adı Aliaun Damala Badara Çiam olan repçi 1973-cü il aprel ayının 16-da ABŞ-da anadan olub. Hip-Hop,  R&B ve Soul musiqi janrlarına bağlı olan Akon eyni zamanda musiqi bəstələyir, mahnı aranjiman edir. O, eyni zamanda Afrikada bir almaz mədəninə sahibdir, Sebeqalda bir hava yolları şirkətin ortaqdır

"Forbes"ə görə, hər il 30 milyon dollardan çox qazanan rep müğənnisidir.

Akon 2010-cu il FİFA Dünya Kuboku üçün "Oh Afrika" mahnısını bəstələmişdi.

 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb