Metrostansiyalardan yığışdırılan oturacaqların son aqibəti - FOTOLAR

09:24 | 22.10.2015
Metrostansiyalardan yığışdırılan oturacaqların son aqibəti - FOTOLAR

Metrostansiyalardan yığışdırılan oturacaqların son aqibəti - FOTOLAR

"Metrostansiyaların bəzi stansiyalarında xüsusilə, "Cəfər Cabbarlı” və "Sahil”də qoyulmuş oturacaqların götürülməsi  paytaxtda keçirilən Avropa Oyunlarına hazırlanmış təhlükəsizlik tədbirləri ilə əlaqədar idi”  - bunu Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev deyib. 

ANN.Az xəbər verir ki, Bakı metrosunun bəzi stansiyalarında sərnişinlərin rahatlığını təmin edilməsi üçün qoyulmuş oturacaqlar yığışdırılıb. Bəzən qocaların, hamilə qadınların, yaxud uşaqlı sərnişinlərin oturaraq dincəldiyi oturacaqların yığışdırılmasının səbəbi nədir? Oturacaqlar yenidən yerinə qaytarılacaqmı?

Bu sualları cavablandırmaq üçün "Bakı Metropoliteni”nin mətbuata katibi Nəsimi Paşayevə müraciət etdik.

Qurumun rəsmisi açıqlamasında bildirib ki, haqqında söhbət gedən oturacaqların götürülməsinin əsas səbəbi təhlükəsizlik təbdirləri ilə əlaqədar idi: "Bakıda keçirilən I Avropa Oyunları zamanı vətəndaşların, eləcə də ölkəmizə gələn turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu addım atılmışdı. Oturacaqların yerinə qaytarılması, yaxud onların yeniləri ilə əvəz edilməsi məsələsinə gəlincə, bu haqda hələ ki, dəqiq məlumat yoxdur”.

ANN.Az-ın fotoreportyoru metronun "Sahil” və "Elmlər Akademiyası” stansiyalarında olub. Fotolardan da göründüyü kimi, oturacaqlar yığışdırılıb, onların əvvəllər divara bərkidilmiş yerləri qapadılıb.


Orxan Aslanlı
Fotoların müəllifi: Fərqanə Novruzova
 



















 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb