Məzuniyyətlərlə bağlı yenilik - Video

15:27 | 11.04.2015
Məzuniyyətlərlə bağlı yenilik - Video

Məzuniyyətlərlə bağlı yenilik - Video

Atalıq məzuniyyətinin ödənişli olması təklif edilir.

ANS TV-nin məlumatına görə, Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması, eyni zamanda, analıq məzuniyyətini yarımçıq kəsərək işə qayıdan qadınlara, 3 yaşına çatmayan uşaqlara qulluğa görə müavinətin ödənişinin davam etdirilməsi təklif edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilir ki, Azərbaycan mentalitetində uşağa qulluq etməyə görə, əsas yük konkret olaraq qadının üzərinə düşdüyü üçün bu sahədə kifayət qədər hüquqi baza var. "Gender bərabərliyinin təminatları haqqında” qanunda da bu bərabərliyin bütün sahələrdə təmin olunması nəzərdə tutulur. 

Əmək məcəlləsinin 125-ci maddəsinə əsasən körpə dünyaya gəlməzdən öncə 70, dünyaya gələndən sonra isə qanunvericiliklə nəzərdə tutulan qaydada 126 gün müddətinə ödənişli məzuniyyət verilir. Amma atalar üçün təyin edilən normalarda isə müəyyən axsamalar var. Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə, ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, kişilər 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər. Sosioloqların fikrincə qanunda kişilər üçün ödənişli məzuniyyətin tədbiq edilməsi bir neçə amilə görə mümkün deyil.

Ekspert Rəşad Əsgərov deyir ki, təzə övladı olan atanın pula ehtiyacı olacaq və belə olan halda o ödənişli məzuniyyəıtə çıxmayacaq, işləyəcək. Amma Avropa ölkələrində isə bu məsələlərə müəyyən qədər güzəştlər göstərilir. Bu isə zavodlar üçün, iş yerləri üçün ağır bir yük ola bilər.

Qeyd edək ki, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsində də 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində Gender bərabərliyinin təmin edilməsi nəzərə tutulur. Hazırda bu layihənin üzərində işlər aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb