Milçəklərin də geni dəyişdirilir

10:11 | 21.11.2013
Milçəklərin də geni dəyişdirilir

Milçəklərin də geni dəyişdirilir

Britaniyanın biotexnoloji şirkəti “Oxitec” Avropada geni dəyişdiirlmiş həşəratlar yaratmaq üçün hakim dairələrdən icazə istəyir. 

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əgər icazə ala bilsələr ilk araşdırma obyekti zeytun ağacının meyvələri ilə qidalanan milçəklər olacaq. 

Zeytun ağaclarının meyvələrini məhv edən bu həşəratlarla mübarizədə dişi həşəratları məhv etmək üçün gen yeridilmiş erkək cinsindən olan yağ milçəklərindən istifadə olunacaq. Əgər genetik modifikasiya edilmiş milçəklər adi milçəklərdən nəsil törədə bilsələr dişilərin sürfələri doğulandan sonra öləcək. Bu da bu həşəratlrın populyasiyasını azaltmağa kömək edəcək. 

Bu eksperimentin konsepsiyasını “Oxitec” şirkətinin banilərindən biri Lyuk Elfi fikirləşib. “Zeytun yağı milçək zeytun yetişdirmək üçün ən vacib təhlükədir. Xüsusi uğursuz aylarda onlar məhsulun hamısını məhv edə bilərlər. Onlarla mübarizə aparmaq çətindir. Vaxt keçdikcə onlar insektisidlərə qarşı davamiyyət əldə ediblər.”,- deyə Elf bildirib. 

Zeytun Avropada iqtisadiyyatında böyük əhəmiyyətə malikdir. “Oxitec”in məlumatın görə, Yunanıstan zeytun milçəkləri ilə mübarizəyə hər il təxminən 35 milyon avro xərcləyir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb