Milli alətlər – Azərbaycanın var-dövləti – REPORTAJ

14:12 | 01.07.2015
Milli alətlər – Azərbaycanın var-dövləti – REPORTAJ

Milli alətlər – Azərbaycanın var-dövləti – REPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə Muzey Mərkəzində yerləşən Azərbaycan dövlət musiqi mədəniyyəti muzeyinə baş çəkəcəyik. Muzeyin ekspozisiyası genişliyi və hərtərəfliliyi ilə seçilir. Qeyd etmək yerinə düşər ki, muzeyin fondunda 50 min eksponat toplanıb. Onların arasında tar, kamança, saz, qaval, qoşa nağara, zurna, həmçinin əsa-tar, əsa-saz kimi qeyri-adi musiqi alətləri var. Bununla yanaşı, muzeydə qrammafonlar, patefonlar, qramplastinkalar və digərləri təqdim edilir. 

Muzeydə Azərbaycan peşəkar musiqisinin əsasını qoyan Üzeyir Hacıbəyov, milli peşəkar vokal məktəbinin korifeyi Bülbül, dahi bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov və digərlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotolar, təsviri incəsənət nümunələri, notlar, kitablar və digər şeylər mühafizə olunur.  
 


İlk zalın sol tərəfində Azərbaycan ustalarının milli alətləri yaratdığı ağacların şəkillərinin fotokollajı yerləşdirilib. Axı bu alətləri yaratmaq üçün xüsusi ağac növlərindən istifadə olunur.
 


Sonra isə Azərbaycanın məşhur simli musiqi alətləri gəlir. 
 






Burda həmçinin simli və zərb alətlərindən heç də geri qalmayan nəfəsli musiqi alətlərini də görmək olar. Balabanın adını çəkmədən keçə bilmərəm, axı bu musiqi aləti təkcə heyranlıq oyandırmır, həm də bizi sevməyənlərin qısqanclığına səbəb olur, aləti özəlləşdirmək və öz adlarına çıxmaq istəyirlər. Ancaq həqiqət aydındır və bu hər kəs üçün belə də olacaq: nə qədər öz adına çıxmağa çalışsan da, balaban Azərbaycan musiqi aləti olaraq qalacaq. 
 



İlk zalın divarlarını adlarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazan və musiqimizin inkişafına misilsiz töhfələr vermiş korifeylərin portretləri bəzəyir. Burada Üzeyir Hacıbəylini, Qara Qarayevi, Fikrət Əmirovu, Süleyman Əsgərovu və Niyazini görmək mümkündür.  

Otağın mərkəzindəki masanın üzərində milli musiqi alətlərinin yaradılmasında istifadə edilən alət və ləvazimatları görmək mümkündür. 

Razılaşın ki, hazır musiqi alətini görmək elə də çətin şey deyil, ancaq azərbaycanlı ustaların uzun aylar boyunca əsl şedevr olan musiqi alətlərini mərhələ-mərhələ necə yaratdıqlarını anlamaq başqa şeydir. Bu muzeydə bu ağır zəhmətli işin bəzi detallarını görmək mümkündür. Qeyd etmək yerinə düşər ki, tarın yaradılması uzun aylar boyu çəkə bilər. İş burasındadır ki, usta üçün yaş ağacla işləmək ağır çətin prosesdir. Ona görə də iş ağacın oduncağının qurumasından asılı olaraq, mərhələlərlə görülür. Beləliklə, bir musiqi alətinin yaradılması yarım il də davam edə bilər. Alətin səsi nə qədər yaxşıdırsa, o, o qədər bahalıdır. 
 



Elə burada musiqi mədəniyyətinə həsr olunan ədəbiyyatın olduğu rəf var. Məsələn, ən nadir və bənzərsiz alətlərin adlarının olduğu lüğətlər. 
 


İkinci otaqda Azərbaycanın milli musiqi alətlərinin tədqiqatı ilə məşğul olan alim Abbasqulu Nəcəfzadənin alətlərdən ibarət kolleksiyası var. 
 


Növbəti zal maraqlı olmaqda heç də birincisindən geri qalmırdı. Gümüşlə bəzədilmiş zurna, qava və balaban dərhal mənim diqqətimi cəlb etdi. Bunların yaradıcısı Tacəddin Həsənovdur. Bu alətlərin hər biri ayrıca incəsənət nümunəsidir. 
 


Bu musiqi alətlərinin gözəlliyinə siz də əmin ola bilərsiniz. 
 


İndi sizə haqqında bəhs edəcəyim musiqi aləti məndə ilk növbədə Natiq Şirinov və onun məşhur "Natiq ritm qrupu” musiqi qrupuyla assosiasiya olunur. Onun möhtəşəm virtuoz ifası Azərbaycan musiqi aləti nağaranı bütün dünyada tanıdıb. Bir dəfə bu qrupun repetisiyana düşməklə, mən bu musiqiçinin və onun qrupunun ustalığına yaxından əmin olmuşdum. 
 


Bizim indi olduğumuz zalın mərkəzində musiqi alətlərinin olduğu dayaq var. Diqqətinizi Azərbaycan məşhur üçlük musiqi aləti olan kamança, tar və qavalın miniatür formalarına yönəltmək istəyərdim. Əgər musiqi aləti normal halında heyranlıq oyandırırsa, miniatür formada ikiqat heyranlıq doğurur. 

Qarabağ və elektron kamançanın gözəlliyi və zərifliyini qeyd etmək də mütləq lazımdır. 

Bununla bizim musiqi mədəniyyəti muzeyindəki ekskursiyamız başa çatır. Mədəniyyət, təhsil, elm və maarifçiliyin təbliğatı ilə məşğul olan ANN.Az portalı Azərbaycan muzeylərinin eksponatlarını işıqlandırmaqda davam edir və sizə Azərbaycan Dövlət musiqi mədəniyyəti muzeyinin eksponatlarının kolleksiyalarının fotolarını təqdim edir. Öz növbəmizdə isə biz oxucularımıza paytaxtımız mədəni həyatında iştirak etməyə və muzeylərə, qalereyalara və sərgi mərkəzlərinə baş çəkməyə dəvət edirik.  
 






























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM