Milli Qəhrəmanın ailəsinin dözülməz şəraiti - ŞOK FOTO / VİDEO

14:56 | 20.08.2014
Milli Qəhrəmanın ailəsinin dözülməz şəraiti - ŞOK FOTO / VİDEO

Milli Qəhrəmanın ailəsinin dözülməz şəraiti - ŞOK FOTO / VİDEO

Evsiz, işsiz milli qəhrəman oğlu: “Ali təhsilim var, saatı 1 manatdan fəhlə işləyirəm” Şəhidailələri tez-tez son instansiya kimi redaksiyamıza üz tutur, sosialdurumları ilə bağlı şikayət edirlər. Milli qəhrəman PəhlivanFərzəliyevin ailəsi də onlardan biridir.Bu ailə 20 ilə yaxındır ki, uşaq bağçasının uçuq-sökük binasında yaşayır. Milliqəhrəmanın ailəsi Bakının Nizami rayonunda E.Süleymanov küçəsindəki 122saylı uşaq bağçasında məskunlaşıb. Binanın künc-bucağı qopub tökülür,kərpicdən tikilmiş divarları artıq sıradan çıxıb. Milliqəhrəmanın böyük oğlu Xaliq Fərzəliyev ali təhsilli iqtisadçıdır. Onunsözlərinə görə, onlara ev veriləcəyi barəsində söz verilib, amma hələ dəverilən söz tutulmayıb: “97-ci ildən bu bağçada məskunlaşmışıq. Həminillərdə söz verdilər ki, bizə ev veriləcək. Amma üstündən bu qədər vaxtkeçməyinə baxmayaraq, hələ də nəticə yoxdur. Mənim atam vətən uğrundaşəhid olub. Bu gün müharibə olsa mən döyüşə gedənlər arasında ilk sıradaolacağam. Müharibədən, şəhid olmaqdan qorxmuram. Qorxum mənim ailəmində bu vəziyyətdə yaşayacağındandır. Qorxuram ki, mənim də ailəm hansısadaxmada, bağçada yaşamalı olacaq”.Ali təhsilli şəhid oğlu saatı 1 manatdan fəhlə işləyirXaliqFərzəliyev deyir ki, ali təhsilli olmasına baxmayaraq fəhlə işləyir:“27 yaşım olanda Türkiyəyə getmişdim. Orada biləndə ki, mən şəhid milliqəhrəmanın oğluyam, məndən yaşadığım şəraiti soruşdular. Mən də yalandandedim ki, dövlət bizə ev, iş, maşın verib. Dilim gəlmədi deyəm ki, uçuqvəziyyətdə olan bir bağçada məskunlaşmışıq. Bir neçə ay bundan qabaqatamın adını daşıyan böyük oğlumu yatdığı yerdə sıçovul dişləmişdi. Biz,bu şəraitdə yaşayırıq. Mənim atama Heydər Əliyev tərəfindən qızıl ordenverilib. İlham Əliyev tərəfindən təqaüd ayrılıb. Amma bu orden vətəqaüd heç nəyi dəyişmir. 7 nəfərdən ibarət bir ailəni o təqaüdləsaxlamaq olmur. Mənim ali təhsilim var. Amma bu ölkədə mənə iş yoxdur.Saatı 1 manatdan fəhlə işləyirəm”. “Mənə qaraçı, dilənçi kimi baxırlar”X.Fərzəliyevbildirdi ki, elə bir şərait yaranıb, milli qəhrəman oğlu olmaqdanutanır: “Şikayət ərizəsi yazmadığım dövlət qurumu qalmayıb. Hamısı daeyni cavabı verir: “Bizim səlahiyyətimizdə deyil”. Artıq hansısa biryerə şikayət üçün gedəndə utanıram. Şəhid ailəsiyəm, milli qəhrəmanoğluyam, amma mənə qaraçı, dilənçi kimi baxırlar. Bu mənə çox pis təsiredir. Əslində qürur duymalıyam ki, mən milli qəhrəman oğluyam. Amma bunuedə bilmirəm. Atam haqda kitablar yazılıb, məqalələr dərc edilib. Hərkəsə təşəkkür edirəm. Amma bizə ev lazımdır. Uşaqlarım bu şəraitdəyaşamalı deyil. Məmurların elə bir imkanları var ki, bizə bir ev verməkonlar üçün problem yaşatmamalıdır. Azərbaycan dövlətinin milli qəhrəmanailəsinə ikiotaqlı ev verəcək qədər gücü yoxdur? Nizami rayonuərazisində atamın adını daşıyan bir qəsəbə var. Qəsəbədə atamın abidəsiqoyulub, amma indi ora elə bir vəziyyətdədir ki, mən ora getməyəutanıram. Elə bir imkanım da yoxdur ki, gedib oranı təmir elətdirim.Qəsəbə Balaxanı zibilxanasını xatırladır”.Milli qəhrəmanPəhlivan Fərzəliyevin həyat yoldaşı Sona Fərzəliyeva deyir ki, o, özhəyat yoldaşı ilə fəxr edir: “Biz Qazaxıstanda yaşayırdıq. Yoldaşım 20Yanvar hadisələrindən sonra dedi ki, “Mən burada qala bilmərəm. Vətənəqayıtmalıyıq”. Biz də gəldik Azərbaycana. Qarabağ müharibəsində iştiraketdi. 1992-ci ildə şəhid oldu. Ona milli qəhrəman adı verildi. Mən özyoldaşımla fəxr edirəm. Amma özüm şəhid ailəsi olduğum üçün utanıram.Yaşadığım şəraitdən utanıram. Mən bu şəraitdə iki oğlumu böyütmüşəm,indi də nəvələrimi böyüdürəm. Bu nə vaxta qədər davam edəcək?Prezidentdən xahiş edirəm ki, bizi bir evlə təmin etsin”. Sondaöyrəndik ki, adı çəkilən bağçada ümumilikdə 9 ailə yaşayır. Daha dəqiqdesək, yaşamağa çalışırlar. Bu o deməkdir ki, daha 8 ailə eyniproblemlərdən əziyyət çəkir. Ümid edək ki, qısa müddətdə ailələrinproblemləri həll ediləcək. Qaçqınların və Məcburi Köçkünlərinişi üzrə Dövlət Komitəsi hər ay şəhərin müxtəlif nahiyələrindəməskunlaşdırma işləri aparır. Qoy bu ailəni də siyahıya salsın.//musavat.com

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb