“Min bir gecə” baletinin premyerası olacaq

00:17 | 14.02.2014
“Min bir gecə” baletinin premyerası olacaq

“Min bir gecə” baletinin premyerası olacaq

Belarus Opera və Balet Teatrında azərbaycanlı bəstəkar Fikrət Əmirovun musiqisi əsasında “Min bir gecə” balet tamaşası təqdim olunacaq. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, baletə quruluş vermək üçün Azərbaycanın xalq artisti, quruluşçu-baletmeyster Mədinə Əliyeva, quruluşçu-rəssam İnarə Aslanova və beynəlxalq müsabiqələr laureatı, dirijor Eyub Quliyev Minskə dəvət olunub. “Min bir gecə” baletinin premyerasının fevralın 15-də Minskdə keçiriləcəyi gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM