Mondraqon karyerasını bitirdi

13:58 | 07.07.2014
Mondraqon karyerasını bitirdi

Mondraqon karyerasını bitirdi

Kolumbiya millisinin ehtiyat qapıçısı Fərid Mondraqon karyerasını bitirdiyini elan edib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın keçmiş qapıçısı tarixə mundiallarda oynayan ən yaşlı futbolçu kimi düşüb.

 

Mondraqon futboldan getdiyini Kolumbiyanın Braziliyaya uduzaraq turniri tərk etməsindən sonra elan edib: “Bu, mənim peşəkar karyeramda sonuncu stadiondur. Mən Allahdan başqa heç nə diləyə bilmərəm. Mən 24 illik karyeram ərzində ən yaxşı komandada, ən döyüşkən qardaşlığın bir hissəsi olaraq idman karyerama son qoyuram”.

 

Xatırladaq ki, Fərid Mondraqon iyunun 24-də meydana çıxaraq mundiallarda oynayan ən yaşlı futbolçu rekordunu təzələyib. İyunun 21-də Mondraqon 43 yaşını qeyd edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM