Monika Belluççi: “Bədənim mənim iş yerimdir" - MÜSAHİBƏ - FOTOLAR

18:36 | 30.09.2014
Monika Belluççi: “Bədənim mənim iş yerimdir" - MÜSAHİBƏ - FOTOLAR

Monika Belluççi: “Bədənim mənim iş yerimdir" - MÜSAHİBƏ - FOTOLAR

“Kişilər arxamca fit çalırdı, qadınlar isə qeybət edirdi”“Gözəl qadınlar təxəyyüldən məhrum kişilər üçün yaradılmışlar”MonikaBelluççi 1964-cü il sentyabrın 30-da Umbriya əyalətinin kiçikÇita-di-Kastello şəhərində doğulub. 1986-cı ildə Peruci universitetinəqəbul olan Monika təhsil haqqını ödəmək üçün pitseriyada ofisiantişləyir. Sonra isə gözəl görünüşü onun karına gəlir, dostlarınınməsləhəti ilə model agentliyində işə düzəlir. Monika1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatır,Milandakı ən nüfuzlu model agentliyi olan “Elit”ə dəvət edilir. Təsadüfnəticəsində həmin dövrdə Moda Evinin menecerləri firmanın simvolu olacaqmodel axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu “Dolceand Gabbana”nın rəsmi siması seçirlər. Məşhur modelyerlərlə iş tezlikləöz bəhrəsini verir, Monika Belluççi vaxtaşırı moda jurnallarının üzqabığında görünür.Paralel olaraq Monikanın kino həyatı başlayır.Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu modajurnallarından birində görür və Monika "Brem Stokerin Drakulası"filmində kiçik rol alır. Bu filmdən sonra onu Amerikada da tanıyırlar.Monika Belluççi İtaliya filmlərindən başqa, fransız filmlərində də aktivçəkilir. Bunların arasında "Mənzil", "Doberman" və "Qurd qardaşlığı"filmlərini göstərmək olar.Ona aktrisa kimi ilk uğuru "Mənzil"filmi gətirir. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu "Sezar"mükafatına nominant irəli sürülür. Həmin filmdə Monika sonradan ailəhəyatı qurduğu məşhur aktyor Vensan Kassellə tərəf müqabili olur.1997-ci ildə çəkilən "Doberman" filmində Belluççi lal-kar qadın rolunuoynayır. Bu film onun həyatında ilk ciddi sınağa çevrilir. VensanKassellə nikah isə onun böyük kinoya yolunu açır.2001-ci ildəMonikanın iştirakı ilə ekrana iki film – "Qurd qardaşlığı" və "Malena"çıxır. O, "Malena"da növbəti dəfə bütün kişilərin arzuladığı qadınobrazını canlandırır. Film 14 dəfə müxtəlif mükafatlar, o cümlədən"Qızıl qlobus" almağa namizəd irəli sürülür.2002-ci il Kannkinofestivalının sensasiyası isə Qaspr Noenin "Geridönməzlik" filmiolur. Filmdə Monikanın iştirakı ilə doqquz dəqiqəlik zorakılıq səhnəsineqativ reaksiyaya səbəb olur. Tamaşaçıların bir hissəsi ilk premyeragünü zalı tərk edirlər.Monika Belluççi artıq 50-dən çox filməçəkilir. Onun bu filmlərdə tərəf müqabilləri Entoni Hopkins, Cin Hekman,Şon Konneri, Bryus Uills kimi aktyorlar olur. O, "Matrisa" filmininikinci və üçüncü hissələrində Kianu Rivzlə bir yerdə çəkilir.Qaynar.info dünya şöhrətli aktrisa, Avropa kinosunun seks-simvolu Monika Belluççinin müsahibəsini təqdim edir:- Bir çox ulduzlar kimi, siz də sənətinizin ictimailiyindən bezirsiniz?-Buna fikir verməməyə çalışıram... Üzrlü sayın, amma mən insanları özşəxsi dünyama buraxmaq istəmirəm. Vensanla ailə həyatı qurmağımdandanışmıram, mən ailəmi qorumaq istəyirəm. Amma düzünü desəm, şəxsihəyatımın ictimailəşməsi məni bir o qədər maraqlandırmır. Mənim doğulubboya-başa çatdığım yerdə heç nəyi gizlətmək mümkün deyildi. Hamı-hamınıtanıyırdı, kimin nəyi vardısa, göz qabağında olurdu, mənim məktəbdəaldığım ikilər isə evə məndən də tez çatırdı. Mən evə gəldikdə isə anammənim hərəkətimi qiymətləndirməyə tam hazır olurdu. Adətlər dədəyişmirdi: kişilər arxamca fit çalırdı, qadınlar isə qeybət edirdi.-Sizin aktrisa həmkarlarınızdan biri etiraf edib ki, o, yeniyetməolarkən yetkin kişilərin ona baxmasından xəcalət çəkirdi. Sizdə bunabənzər duyğular olubmu?- Məndə əksinə idi, kişilər mənəbaxmayanda kədərlənirdim! (Gülür.) Mənə belə gəlir ki, gözəllikhaqqında hansısa bir yük kimi danışmaq düzgün olmaz. Bu, ədalətli deyil.Gözəllik – böyük şansdır, buna görə yalnız təşəkkür etmək qalır. Bir dəaxı bu gözəllik zamanla gedər, sadəcə gözləmək lazımdır. Ağıllıadamlardan birinin sözü olmasın, kişilərin hərəkəti üç dəqiqə çəkir.Bundan sonra onların baxışlarını tutub saxlamaq qadınların öz əlindədir.Bir dəfə belə bir fikrə qapıldım: “Gözəl qadınlar təxəyyüldən məhrumkişilər üçün yaradılmışlar”. Mən zahirən o qədər gözəl insan tanıyıramki, onların həyatı büsbütün dəhşətdir. Onların gözəllikdən savayı heçnələri yoxdur, onlar özlərindən usanırlar, çünki yalnız başqalarınıngözlərində əks olunmaqla mövcud olurlar.- İnsanları cəlb edən daha çox sizin gözəlliyinizdir, nəinki şəxsi həyatınız. Bu, sizin qəlbinizə toxunmur?-Bunun mənə elə bir dəxli yoxdur. Belə bir anlayış var: əgər qadın çoxgözəldirsə, demək, hökmən axmaqdır. Bu fikir çox köhnəlib. Şəxsən məngözəl bir qadın görərkən ilk olaraq onun axmaqlığını yox, sadəcə gözəlolmasını düşünürəm.- Ancaq sizin gözəlliyiniz sizi tez bir zamanda doğma evinizi tərk etməyə və model olmağa vadar etdi...-Mən gözəl olduğuma görə evi tərk etmədim, sadəcə, dünyanı tanımaqistəyirdim. Mənim valideynlərim mənə o qədər inam aşılamışdılar, o qədərsevgi bəxş etmişdilər ki, bu inam, bu sevgi məni büsbütün bürüdü,iradəli qadın etdi. Mən əvvəl Peruci Universitetinə qəbul oldum,təhsilimə görə ödənişlər etməli idim, bu səbəbdən manekençi kimi pulqazanmağa başladım... Ümid edirəm ki, valideynlərim məni sevdiklərikimi, mən də qızımı elə sevəcəm və onu müstəqil ruhda tərbiyə edəcəm.- Siz nə zamansa məşhurluq dadmayan, ulduz olmayan insan kimi yaşamaq istəmisinizmi?-Londonda olmaq mənim xoşuma gəlir, orda məni daha az tanıyırlar, nəinkiParisdə. Şəxsən mənə belə gəlir ki, biz tamaşaçılarla özümüz arasındaməsafə saxlamaqla, onlarda aqressiya yaratmış oluruq. Mənsə normal həyatsürürəm: küçələrdə gəzirəm, restoranlarda qidalanıram, mağazalaragedirəm... hərdən. (Gülür.) Mən heç zaman bəyan etmərəm ki: “Gözəllik vəməşhurluq – mənim problemimdir”. Belə deməyə hüququm yoxdur. Problembunda deyil. Əsl problem odur ki, xəstələnirsən və övladlarını yedizdirəbilmirsən...- Siz bir dəfə demişdiniz ki: “Əgər mənaktrisa olmasaydım, yerli oğlanlardan birinə ərə gedərdim, onunçün üçuşaq doğardım və ömrümü intiharla başa vurardım”. Siz indi də belədüşünürsünüz?- Aman tanrım, deyəsən, mən doğrudan belədeyibmişəm! Hə, mən belə düşünürəm. (Gülür.) Elə rəfiqələrim var ki,onlar ərə getmək, ana olmaq üçün yaranıblar. Çox gözəl rəfiqələrim var!Mən onlara qonaq getməkdən həzz alıram, onlar ilahələr kimi yeməkhazırlayırlar, onların evində özümü anamın evindəki kimi hiss edirəm:elə xeyirxahdırlar, həmişə mənə kömək əllərini uzatmağa hazırdırlar. Mənonlara qonaq gedərkən həmişə bilirəm ki, onlar evdə olacaqlar. Bu, çoxgözəldir, onlar mənim etibarlı rəfiqələrimdi! Mən özüm də çox istərdimki, belə sakit, mülayim, ahəngli ömür sürüm, amma xasiyyətim başqadır.Bu səbəbdən, əgər mənim də həyatım rəfiqələrimin həyatına bənzəsəydi,onda özümü tələyə düşmüş kimi hiss edərdim.- Özbədəninizə necə münasibət bəsləyirsiniz? Qıraqdan baxanda elə təsirbağışlayır ki, söz öz bədəninizdən tam razısınız. Bu həqiqətdir, yoxsafilmlərdən gələn təəssüratlardır?- Aktrisanın simasınələrisə ifadə edərək danışdığı kimi, bədəni də danışır. Mənim bədənim –mənim iş alətimdir, mən öz rolumun öhdəsindən daha yaxşı gəlməkçün bualətdən yararlana bilərəm. Məsələn, "Dönməzlik" filmində mən özbədənimdən iş aləti kimi istifadə etmişəm.- "Dönməzlik"filmində siz çox sərt zorlama səhnəsini oynadınız, bu səhnə doqquzdəqiqə davam edir və deyilənə görə bir dubla çəkilib. Bu rol sizidəyişdirdimi, yoxsa heç zaman bunun yalnız kino olduğunu unutmadınız?-Kann festivalında əvvəlcədən öyrədilmiş tamaşaçılar bu səhnəbaşlayarkən zalı tərk etdilər! Yaxşı, bəs siz necə düşünürsünüz, həmininsanlar kinozalın qapısını bağlayıb hara çıxırlar? Bəli, realdünyaya... Real dünya isə kinodan daha sərtdir. Əlbəttə, kinoda müəyyənrolu oynayırsan, amma hətta oynayanda belə sənin həyatına şüurdankənaramillər təsir göstərir və bunları da hesaba almağa məcbursan. Şüursuzluqsahəsinə daxil olarkən hansı dərinliklərə enə biləcəyini heç zamanbilmirsən. "Dönməzlik" filmində oynadığım rol mənə düşündüyümdən də çoxtəsir etdi. Qəhrəmanımın donu mənim çox xoşuma gəlirdi, əvvəl həmin donuözümdə saxlamaq istəyirdim, çünki zorlama səhnəsində bu donuncırılacağını bilirdim, bu səbəbdən mənimçün başqa don saxladılar. Ancaqçəkilişlərdən sonra özümçün saxladığım donu geyinməyi heç ağlımdankeçirmədim. Heç o dona baxa da bilmirdim! Həyatda olduğu kimi, kinoda damüəyyən rolu oynayarkən texniki məqamları həll etmək mümkündür, ammaşüursuz məqamların öhdəsindən gəlmək qəliz məsələdir.-"Dönməzlik" filmində siz zorakılığa məruz qalmış qadın rolunu, BertranBlienin “Sən məni nə qədər sevirsən?” filmində isə fahişə rolunuoynadınız... Sizi qadınların vəziyyəti və ya qadın hüquqlarımaraqlandırır?- Hə. Mən çox gənc yaşlarımdan müstəqilhəyata qədəm qoydum və “kişidən nəsə ummaq” deyilən şey nədir bilmirəm.Mən yalnız özümə güvənirəm, bu, mənimçün çox vacib xüsusiyyətdir.“Məşuqə” italyanca mantenuta deməkdir, hərfi mənası “əldə saxlananqadın”dır. Mənsə istəmirəm bir kişi məni saxlasın. Bax, qadının azadlığıda elə bundan başlayır. Aktrisa kimi bəxtim gətirdi: qızımındoğulmasından cəmi üç ay sonra çəkilişlərə qayıtdım və qızımı da özümləçəkilişlərə apardım. Ancaq qadınların çoxusu üç aylıq övladını bağçayaqoyurlar, axşam götürürlər və bütün gün ərzində övladlarının valideynsiznələri etdiyindən bixəbər olurlar. Bu, dözülməzdir, ədalətsizdir.Qadınları düşünən kişilər elə qərara gəldilər ki, qadın öz övladınıdoğduqdan üç ay sonra bağçaya qoya bilər. Axı bu, axmaqlıqdır! Onlarınuşaqlardan heç bir anlayışları yoxdur! Dəhşət burasındadır ki, biz bucür ədalətsizliklərə çox öyrəncəliyik, bu səbəbdən, belə halları normalqəbul edirik! Kişilər tərəfindən “dürtülmüş” qanunların köməyi iləqadınlar üzərində zorakılıq edirlər! Və ya italyan höküməti belə qəraragəlib ki, mayalandırma və donor spermasından yalnız rəsmi nikaha girmişşəxslər yararlana bilərlər. Bu o deməkdir ki, əgər siz rəsmi nikahagirmək üçün imza qoymamısınızsa, bütün bu rəsmi möhürlər-filanlaryoxdursa, onda elm sizə kömək edə bilməz! Dini doğmalar və məişətxurafatları yenə insanların talelərini idarə edir. Müsəlman dünyasıqadına başıaçıq gəzməyi qadağan edir. Bizdə isə elmdən kömək gözləməyiqadağan edirlər və bu səbəbdən qadın bütün bu formallıqları yerinəyetirməsə, ana ola bilməyəcək, bu isə elə başıbağlı gəzmək kimi birşeydir. Özü də müasir Avropa ölkəsində!.. Bu qanun qəbul edilərkən mənhamilə idim. Xoşbəxt idim və başqalarına edilən haqsızlıqdanqəzəblənirdim! Bu qanunun qurbanları kimlər oldu? Bir daha qadınlar,əsas da kasıb qadınlar... Mən nümayişkaranə şəkildə bu cür qanunun qəbulolmasını biabırçılıq adlandırdım, ancaq hələ bu da az idi. Mən aktrisavə model kimi etiraz etdim: “Vanity Fair” jurnalının üz qabığı üçünlümlüt soyundum. Siz bunu bilirsiniz... Hamiləliyimin yeddinci ayında...-Deyəsən, siz İtaliyanın, Fransanın və ABŞ-ın aeroportları arasındayaşayırsınız. Övladınız dünyaya gəldikdən sonra işə ara vermək könlünüzədüşmədi?- Əlbəttə, elə buna görə də doqquz ayişləmədim. Hamilə olduğum müddətdə hər şeydən imtina etdim, yalnızmədəmin qulluğunda dayandım və heç bir işlə məşğul olmadım.- İndi necə, hər şey öz axarında davam edir? Heç bir vacib dəyişiklik olmadı?-Əkinsə, oldu. Mənim üçün nəyin vacib olub-olmadığını müəyyənləşdirdimvə indi yalnız bununla məşğulam. Mənim həyatımda belə vacib işlər xeyliçoxdur. Özüm-özümə deyirəm ki, həyatım həmişə belə axarda davam edəbilməz. Məncə hələ nələrisə özümə sübut etməliyəm, özüm üçün nələrisəkəşf etməli və nələrisə öyrənməliyəm. Ancaq, yəqin, elə bir zamanyetişəcək, mən təkmilləşməyəcəm, sadəcə belə istəklərim tükənəcək.- Sizin fikrinizcə, sevə-sevə azad olmaq mümkündürmü?-Mənim üçün sevməyin yeganə üsulu azad olmaqdır. Sevgi o zaman yaşayırki, aralıqda hörmət və azadlıq var. Başqasını yalnız bir əşya kimiistifadə etmək cəfəngiyyatdır. Heç kim bizə məxsus deyil – nə bizimərlərimiz, nə də uşaqlarımız. Biz sadəcə sevdiklərimizlə nələrisə bölüşəbilərik və bununla belə sevdiklərimizi dəyişməyə çalışmaq lazım dadeyil! Əgər kimisə “dəyişməyə” nail olsanız, ona bəslədiyiniz sevgitükənəcək.- Qızınız doğulmazdan bir az əvvəl demişdiniz:“Bütün həyat boyu film yaratmaq mümkündür, amma uşaq doğmaq mümkündeyil”. İndi sizin həm övladınız, həm karyeranız, həm də yaradıcılığınızvar... Nəyiniz çatmır?- Yox, məncə hər şeyim kifayətqədərdi! Hətta mənə elə gəlir ki, xeyli çoxdur. İndi hər şey gözəldir,həyatım ahənglidir, amma bütün ömrüm boyu belə olmayacağını bilirəm.Zaman ötüb-keçir, insanlar da zamanla gedir... Mən cavanlaşmıram, busəbəbdən həyatımın hər anını daha parlaq yaşamağa çalışıram.- Siz nə zamansa psixoterapiyaya müraciət etmisiniz?-Buna vaxtım yoxdur. Ancaq əminəm ki, insanın öz-özünü öyrənməsimaraqlıdır. Yəqin qocalanda buna da vaxt taparam. Mən qocalığım üçün oqədər maraqlı məşğuliyyətlər düşünmüşəm ki! Qocalıq dövrü çox maraqlıolacaq! Səbirsizliklə qocalmağımı gözləyirəm! (Gülür.) Tərcümə: Ramil Rahiboğlu

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM