"Moskvaya böhtan atırlar, Fransada əlimiz yoxdur" - Dmitri Peskov

22:30 | 10.12.2018

"Moskvaya böhtan atırlar, Fransada əlimiz yoxdur" - Dmitri Peskov

"Fransada keçirilən etiraz aksiyalarında Moskvanın əlinin olması ilə bağlı bəyanat böhtandır".

Anews.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Parisdəki hadisələr tamamilə Fransanın daxili işidir, Rusiya isə heç bir dövlətin daxili işlərinə müdaxilə etməyib və müdaxilə etmək niyyətində də deyil.

Jurnalistlər D.Peskovdan Fransanın Parisdəki etiraz aksiyalarında Rusiyanın mümkün iştirakı ilə əlaqədar araşdırmaya başladığı barədə məlumatları şərh etməsini istəyib. O isə cavabında belə deyib: "Səhv edirsiniz. Rusiyanın mümkün iştirakını yox, xaricdən mümkün müdaxiləni araşdıracaqlar".

Daha əvvəl isə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanı Fransada iğtişaşlar təşkil etməkdə günahlandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb