Mourinyo Braziliya millisini çalışdırmaqdan imtina etdi

16:17 | 12.07.2014
Mourinyo Braziliya millisini çalışdırmaqdan imtina etdi

Mourinyo Braziliya millisini çalışdırmaqdan imtina etdi

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Braziliya Futbol Federasiyasından milli komandanı çalışdırması ilə bağlı təklif alıb.Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu təklifi rədd edib.Mourinyonun 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına qədər bu təklifi yenidən nəzərdən keçirəcəyi də istisna edilmir. 51 yaşlı mütəxəssisin Braziliya yığmasını çalışdırmaqdan imtina etməsi onun "Çelsi"ylə yüksək nəticələr qazanmaq istəyi ilə izah olunur. Qeyd edək ki, Braziliya millisinin hazırki baş məşqçisi Luis Felipe Skolarinin "DÇ-2014"ün üçüncü yer uğrunda Hollandiya ilə bu gecə keçiriləcək görüşdən sonra istefaya göndəriləcəyi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM