Mourinyo: "Həyat yoldaşımın istəyi ilə təklifi qəbul etmədim"

17:41 | 10.06.2014
Mourinyo: "Həyat yoldaşımın istəyi ilə təklifi qəbul etmədim"

Mourinyo: "Həyat yoldaşımın istəyi ilə təklifi qəbul etmədim"

İngiltərə Futbol Federasiyası (İFF) millini "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun çalışdırmasını istəyib.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan portuqaliyalı mütəxəssis deyib ki, yeddi il əvvəl bununla bağlı federasiyadan ona təklif göndərilib. 

Ancaq o, həyat yoldaşının istəyi ilə bu təklifi müsbət cavablandırmayıb: "Çelsi"dən ayrılmışdım və İngiltərədə qalmaq istərdim. Ancaq o zaman imzaladığım müqaviləyə əsasən iki il İngiltərə Premyer Liqasında işləyə bilməzdim. Həmin vaxt İngiltərə millisindən təklif almışdım. Ancaq həyat yoldaşımın istəyi ilə bunu qəbul etmədim. O zaman düzgün qərar verdiyimi düşünürəm".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM