Ömürlük cəza alan çempionumuz görün nə etdi - VİDEO

15:19 | 22.04.2014
Ömürlük cəza alan çempionumuz görün nə etdi - VİDEO

Ömürlük cəza alan çempionumuz görün nə etdi - VİDEO

18 nəfər azərbaycanlı ağır atletin dopinq qəbul etməkdə günahlandırılıb cəzalandırılması barədə məlumat vermişdik.Xatırladaq ki, Avropa çempionumuz Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya olmuşdu. Karyerasını bitirən idmançının bundan sonra nə işlə məşğul olacağı maraq doğururdu.Zülfüqar Süleymanov “Facebook”-da təlim məşq zamanı çəkilmiş videosunu paylaşıb.Onun məşqçi kimi zala qayıtdığını düşündük və idmançıya suallarımızı ünvanladıq. Publika.Az-a danışan Süleymanov videonun çəkilmə tarixi barədə məlumat verdi: “Bu video martın 6-sı 2014-cü il tarixində məşq zamanı çəkilib. Yəni məlum məsələlər  olmamışdan 2 gün öncə ...”Həmin videoda 138 kq-ın öhdəsindən gələn idmançı məşqçi kimi fəaliyyətini davam etdirib- etdirməyəcəyi ilə bağlı suala o, belə cavab verdi: “Məşqçi kimi hər hansı bir yerə təyin olunmamışam. Bilmirəm mümkündür, ya yox? Zirvə klubundan mənə boş qalmayım deyə, “buyur, zalda məşğul ol” deyilib. Məşqlərdə iştirak edirəm”. ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM