“Muğanın rəngləri” adlı sərgi açılacaq

11:27 | 15.04.2014
“Muğanın rəngləri” adlı sərgi açılacaq

“Muğanın rəngləri” adlı sərgi açılacaq

Aprelin 17-də “Baku Creative Center”də Saatlı Rayon Tarix və Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sürayyə Muğanlının fərdi sərgisi açılacaq.“Baku Creative Center”dən AzərTAc-a bildiriblər ki, “Muğanın rəngləri” adlanan sərginin ekspozisiyasında rəssamın 20-dən artıq rəngkarlıq tablosu və 30-dan çox qrafik əsərləri təqdim olunacaq.Qrafik işlərində Sürayyə Muğanlı insanın daxilində yaşayan müxtəlif hiss və emosiyaları mücərrəd deformasiyalar vasitəsilə göstərir. Bundan əlavə, sərginin qrafika ekspozisiyasında Azərbaycan xalq nağıllarına olan silsilə xarakterli illüstrasiyalar da yer alacaq. Rəssamın rəngkarlıq tabloları isə özünəməxsus işləmə texnikası, kompozisiya quruluşu və mövzulara subyektiv yanaşma tərzi və açıqlaması ilə seçilir.Sürayyə Muğanlı öz dünyasına malik rəssamdır. Əsərlərinin möcüzəli formasiyaları sürrealizmə olan böyük daxili tələbatından irəli gəlir və tablolarının əsas aparıcı qüvvəsini təşkil edir.Muğan zonasının tarix və arxeologiyasının öyrənilməsində əvəzsiz roluna və ümumilikdə bu bölgəyə olan bağlılığına görə o, “Muğanlı” təxəllüsü ilə tanınır.

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM