Musiqi sahəsində "ilin qadını"nın adı məlum oldu

14:35 | 11.12.2013
Musiqi sahəsində "ilin qadını"nın adı məlum oldu

Musiqi sahəsində "ilin qadını"nın adı məlum oldu

"Bilboard" ABŞ-lı müğənni Pinki "İlin qadını" seçib
Amerika Birləşmiş Ştatlarında həftəlik musiqi albomu çartı olan «Bilboard» musiqi sahəsində ilin qadınının adını açıqlayıb. Bu il, «Bilboard»un versiyasına görə, ilin qadını müğənni Pinkdir. Pink Nyu-Yorkda baş tutan mükafatın təqdimetmə mərasimində bu qərarın onun üçün gözlənilməz olduğunu deyib. Pink həmçinin Neyt Ruesslə «Just give me a reason» adlı duetinin də «Qremmi» mükafatında "ilin mahnısı" nominasiyasında irəli sürülməsindən danışıb.
«Bu, mənim üçün gözlənilməz oldu. Küçədə gəzməkdən qorxuram artıq. Mahnımın "ilin mahnısı" nominasiyasında irəli sürülməsi də mənim üçün çox əhəmiyyətlidir. Çünki bu, yaxşı bir mübarizə aparan iki sevgili arasında söhbətdir, həyatdan bir məqamdır. Ailəmiz, sevdiklərimiz bizim üçün hər şeydir.» - deyə, Pink bildirib.
«Bilboard» bu il yeni parlayan "qadın ulduz" nominasiyasında mükafatı isə Canel Moneyə təqdim edib. «Bilboard»un saytında «Musiqidə Qadınlar» mükafatının qaliblərinin tam profilləri də yerləşdirilib.
ANSPRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb