Naqilsiz liftlər erası gəlir - YENİLİK - VİDEO

21:24 | 03.12.2014
Naqilsiz liftlər erası gəlir - YENİLİK - VİDEO

Naqilsiz liftlər erası gəlir - YENİLİK - VİDEO

Alman texnologiya şirkəti "ThyssenKrupp" gələcəkdə "Maglev" texnologiyasına uyğun mühərriklərə bənzər bir texnologiya istifadə edərək naqilsiz öz-özünə hərəkət edən və şaquli və üfüqi gedə bilən lift istehsalını nəzərdə tutur.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, şirkət rəsmisi Andreas Schierenbeck "İnşaat texnologiyaları sürətlə inkişaf edir və lift sistemləri də bu inkişafa paralel olaraq ortaya çıxan ehtiyacları qarşılamaq üçün inkişaf etdirilməlidir", deyib.

"Multi" adı verilən lift sistemləri üfüqi hərəkət üçün bir mühərrik və şaquli hərəkət üçün ayrı bir mühərrik istifadə edəcək. Saniyədə 5 metr sürətlə irəliləyən liftlər xeyli yükdaşıma gücü də təqdim edəcək. Sistemin 2016-ci ildə test edilməsi planlaşdırılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb