“Nar” mobil operatoru yeni vizual görünüşünü mətbuat nümayəndələrinə təqdim etdi

16:09 | 08.04.2015
“Nar” mobil operatoru yeni vizual görünüşünü mətbuat nümayəndələrinə təqdim etdi

“Nar” mobil operatoru yeni vizual görünüşünü mətbuat nümayəndələrinə təqdim etdi

Jurnalistlər yeni logo və kreativ platforma haqqında məlumat aldı, Mətbuat klubunda ənənəvi ziyafət verildi

6 aprel tarixində "JW Marriott Absheron Baku” otelində möhtəşəm bir bayram ab-havasında fəaliyyətini yeni vizual görünüşü ilə davam etdirdiyini ictimaiyyətə elan etmiş Nar, 7 Aprel tarixində mətbuat konfransını keçirdi. "Hilton Baku” otelində keçirilən mətbuat konfransında çıxış edən "Azerfon” MMC-nin baş icraçı direktoru Kent Maknili "Nar” brendinin və "Nar Bağı kreativ platformasının fəlsəfəsi haqqında jurnalistlərə ətraflı məlumat verərək, mobil operatorun keçdiyi inkişaf yolundan danışdı. O, "Nar” ticarət nişanının yeni mərhələyə addım atmağa hazır olduğunu xüsusi vurğulayaraq, brendin daha böyük hədəflər haqqında düşündüyünü bəyan etdi.

"Nar” operatorunun keçdiyi inkişaf yolu bir uğur hekayəsidir. Bu, komanda ruhunun hakim olduğu kollektivimizin hər bir fərdinin uğurudur, bizim ümumi qələbəmizdir. Fəaliyyət göstərdiyimiz illər ərzində biz daima şəbəkəmizi təkmilləşdirməyə, abunəçilərimizə münasibliyi və müxtəlifliyi ilə seçilən tarif planlarını və innovasiyaları təqdim etməyə, o cümlədən müştəri xidmətlərimizin səviyyəsini yüksəltməyə can atmışıq. Artıq yeni mərhələyə qədəm qoyuruq və daha yüksək nəticələrə doğru inamla irəliləyəcəyik”, - deyə Kent Maknili çıxışında xüsusilə qeyd etdi.

Mətbuat konfransında iştirak edən Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov da mobil operatorun rəhbərliyini və bütün əməkdaşları təbrik etdi, "Nar” ticarət nişanının Azərbaycanın rabitə bazarında daha da çox yeniliklər gətirəcəyinə əminliyini bildirdi.

Mətbuat konfransının ardından jurnalistlər, bloggerlər və digər ictimaiyyət nümayəndələri Nar Mətbuat klubundakı ənənəvi ziyafətə dəvət edildilər. Bu il Mətbuat klubunda keçirilən birinci görüş həmişə olduğu kimi istirahət formatında təşkil edildi. Qeyri-rəsmi şəraitdə və şən əhval-ruhiyyədə keçən görüşdə ilk dəfə olaraq lotereya oynanıldı və jurnalistlərə müxtəlif hədiyyələr təqdim edildi. İndiyədək keçirilən bütün görüşlərdə iştirak etmiş və hər zaman aktiv olmuş 5 jurnalistə "Nar” Mətbuat klubunun daimi üzvü” sertifikatı verildi.





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM