“Nar Mobile”-ın dəstəyilə Avropa oyunları könüllülərinin uniformalarının təqdimatı oldu

17:44 | 26.02.2015
“Nar Mobile”-ın dəstəyilə Avropa oyunları könüllülərinin uniformalarının təqdimatı oldu

“Nar Mobile”-ın dəstəyilə Avropa oyunları könüllülərinin uniformalarının təqdimatı oldu

Bakı-2015 Avropa oyunları könüllülərinin təlim proqramına start verildi

Bakı-2015 Avropa oyunlarına ev sahibliyi edəcək idman komplekslərindən biri olan Heydər Əliyev adına İdman arenasında Nar Mobile-ın dəstəklədiyi "Alov qoruyan könüllülər” proqramının iştirakçılarının geyinəcəkləri uniformaların dizaynı nümayiş etdirildi. Təqdimat mərasimində Bakı-2015 Avropa oyunları Əməliyyat komitəsi tərəfindən həmçinin Avropa oyunlarının texniki personalının uniformaları da ictimaiyyətə təqdim olundu. 4000-dən çox könüllü üçün təşkil edilmiş məlumat və əyləncə xarakterli "Alov qoruyanların hazırlıq sessiyasının” bir hissəsini təşkil etmiş tədbir, eyni zamanda könüllülər üçün Bakı-2015 Avropa oyunlarının açılış mərasimi ərəfəsində başlayacaq təlim proqramı və fəaliyyətə rəsmən start verdi.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov könüllülərə müraciətində bildirib: "Sizin Alov Qoruyanlar proqramında iştirakınız sayəsində Avropalı idmançılar mükəmməl yarışlar nümayiş etdirəcəklər. Siz həmçinin şövq, səmimiyyət və fədakarlığınızla Oyunların abu-havasını yüksəltməyə kömək edəcəksiniz."

İştirakçılara 110000 ədəd uniformanın Azərbaycandakı istehsal prosesindən bəhs edən video çarx nümayiş etdirilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq tədbirdə çıxış edib: "Alov Qoruyanlar ilk Avropa Oyunlarını məxsusi edən amillərdən biridir. Bu gün onların həyəcanını görmək çox sevindiricidir və mən əminəm ki, könüllülərimizin bu həyəcanı Oyunlar zamanı da davam edəcək və onlar öz uniformalarını qürurla geyinəcəklər. Bakı 2015-in simaları kimi onların rolu bu tədbirin uğurlu keçməsi üçün olduqca vacibdir."

"Bakı-2015 Avropa oyunlarının rəsmi tərəfdaşı olmaqdan və "Alov qoruyan könüllülər” proqramını dəstəkləməkdən böyük qurur duyuruq. "Nar Mobile” könüllülərin Oyunların uğurlu keçməsinə töhfə vermələrində önəmli rol oynayacaq. Biz Bakı-2015 Avropa oyunlarını təşviq etməyə və beynəlxalq idman tədbirləri cədvəlinə daxil etməyə köməklik edəcək, mobil proqram və cib təlimatı, o cümlədən maraqlı marketinq proqramı hazırlayacağıq”, - deyə "Azerfon” MMC-nin baş icraçı direktoru Kent Maknili çıxışında qeyd etdi.

Xatırladaq ki, rəsmi uniformalarla yanaşı, alov qoruyan könüllülərə pulsuz "Nar Mobile” SİM-kartı, bir aylıq pulsuz tarif, iş saatlarında yeməklər və içkilər, obyektlərarası nəqliyyat, sertifikat və bir sıra digər həvəsləndirici mükafatlar veriləcək. Müsahibə prosesində alov qoruyanlar üçün verilmiş SİM-kartlar Oyunlar zamanı könüllülərlə Bakı-2015 arenaları arasında kommunikasiyanı asanlaşdıracaq.

Daha ətraflı məlumatı aşağıdakı İnternet səhifəsindən əldə edə bilərsiniz: http://www.baku2015.com/az/join-us/volunteers

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb