Nardaranda SAZZ internetin əhatəsi dairəsi genişləndi

16:38 | 20.06.2014
Nardaranda SAZZ internetin əhatəsi dairəsi genişləndi

Nardaranda SAZZ internetin əhatəsi dairəsi genişləndi

Azərbaycanın ən böyük simsiz İnternet xidmətləri göstərən provayderi Sazz 4G İnternet Nardaran qəsəbəsinin böyük bir ərazisini öz əhatə dairəsinə daxil edib. İndi təkcə qəsəbə sakinləri deyil, Nardaran ərazisində yerləşən sahil boyu istirahət mərkəzləri və çimərliklərin ziyarətçiləri də simsiz İnternetdən rahat yararlana biləcəklər.Sazz İnternet Abşeron yarımadasının əksər qəsəbələrində, o cümlədən Suraxanı , Yeni Suxaranı, Mərdəkan, Şağan, Şüvəlan, Pirşağı, Qala, Buzovna, Bilgəh, Hövsan, Novxanı, Goradil, Sahil, Saray, Zabrat, Zığ, Zuğulba, Maştağa,Fatmayı, Binə qəsəbələrində xidmət göstərir.Hazırda Bakı və Abşerondan başqa provayder Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində xidmət göstərir. Yaxın günlərdə Sazz İnternetə Lənkəran, Masallı, Lerik, Astara şəhərlərində də qoşulmaq mümkün olacaq.Sazz İnternet abunəçilərə şəbəkənin istənilən əhatə zonasında ineternetə 10 Mbts-ə qədər yüksəksürətli simsiz çıxışı təqdim edir. Sazz Internetin xidmətləri, eləcə də yay kampaniyası haqqında geniş məlumatları www.sazz.az saytından, Sazz 4G İnternet feysbuk səhifəsindən, 191 nömrəli qaynar xətdən, habelə həftənin bütün günləri işləyən istənilən Sazz 4G satış nöqtəsindən əldə etmək olar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb