NATO-dan Qarabağ açıqlaması: "Uğurlu hərbi variant yoxdur"

22:55 | 11.03.2019
NATO-dan Qarabağ açıqlaması:

NATO-dan Qarabağ açıqlaması: "Uğurlu hərbi variant yoxdur"

"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər” , bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə açıqlamasında deyib. 


NATO rəsmisi qeyd edib ki, münaqişənin uğurlu hərbi həll yolu yoxdur: "Biz münaqişələrin həlli prosesinə cəlb olunmamışıq, ancaq müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülhə maraqlıdırlar. NATO-nun rəyinə əsasən, Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırırıq”. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM