Naxçıvana investisiya qoyuluşu cüzi artıb

23:00 | 21.06.2019
Naxçıvana investisiya qoyuluşu cüzi artıb

Naxçıvana investisiya qoyuluşu cüzi artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də bütün maliyyə mənbələrindən əsas kapitala 399,082 milyon manat vəsait yönəldilib.

"Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,312 milyon manat və yaxud 1,1% çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 382,752 milyon manatı və yaxud 95,9%-i tikinti-quraşdırma işlərinin payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitin həcmində tikinti-quraşdırma işlərinin payı illik müqayisədə 9,092 milyon manat və yaxud 2,4% artıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb