Nazir: Marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz

11:41 | 10.05.2016
Nazir: Marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz

Nazir: Marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz

"Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki?”.

Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazir deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz:

"Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2% marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz.

Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb